Duru bitki yağları istehsalı tənəzzüldə!
Azərbaycanda duru bitki yağları istehsalı azalıb.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayında 3 423,8 ton duru bitki yağları istehsal edlib. Bu, əvvəlki ilin yanvar ayına nisbətən 27,6% azdır. Eyni zamanda istehsal olunmuş məhsulun böyük hissəsi satılmayıb. 01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 2 164,1 ton təşkil edib.
Qeyd edək ki, son vaxtlar xaricdə istehsal olunan duru yağlar bazarda özünə daha çox yer edib.
2018-ci ilin yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,8 dəfə artım, qida məhsullarının istehsalında 1,0 faiz, içki istehsalında isə 24,8 faiz azalma müşahidə olunmuşdur.
Bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 1,0 faiz, kərə yağı istehsalı 2,3 faiz, marqarin istehsalı 3,6 faiz, brendi (konyak) istehsalı 2,7 dəfə, alkoqolsuz içkilərin istehsalı 8,2 faiz artmış, bununla yanaşı kolbasa məmulatlarının istehsalı 0,5 faiz, duru bitki yağlarının istehsalı 27,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, qənd istehsalı 84,0 faiz azalmışdır.
Qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin istehsalı
Məhsul növləri | 2018-ci ilin yanvar ayında istehsal edilmişdir | Əvvəlki ilin yanvar ayına nisbətən,faizlə | 01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Qida məhsulları | |||
Ət (quş əti daxil olmaqla), min ton | 26,0 | 107,0 | - |
Kolbasa məmulatları, ton | 555,2 | 99,5 | 3,2 |
Üzlü süd, min ton | 75,9 | 99,6 | - |
Qaymaq və xama, ton | 395,9 | 100,2 | 0 |
Pendir və kəsmik, ton | 4 133,0 | 101,0 | 71,5 |
Kərə yağı, ton | 1 996,6 | 102,3 | 36,3 |
Cem və marmeladlar, ton | 5 727,7 | 99,2 | 1 571,9 |
Duru bitki yağları, ton | 3 423,8 | 72,4 | 2 164,1 |
Marqarin, ton | 4 670,1 | 103,6 | 958,7 |
İnsanın qidalanması üçün yararlı olan duz, ton | 2,7 | 50,6 | 0,6 |
Qənd və şəkər tozu, min ton | 3,9 | 16,0 | 8,4 |
Çörək və çörək-bulka məmulatları (əmtəəlik), min ton | 64,8 | 101,0 | - |
Məhsul növləri | 2018-ci ilin yanvar ayında istehsal edilmişdir | Əvvəlki ilin yanvar ayına nisbətən, faizlə | 01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
İçki məhsulları | |||
Şampan şərabı, min dkl | - | - | 1,0 |
Araq, min dkl | 36,6 | 91,2 | 67,8 |
Brendi (konyak), min dkl | 0,8 | 2,7 d. | 28,4 |
Üzüm şərabı, min dkl | 342,8 | 59,1 | 1 243,1 |
Pivə, min dkl | 83,1 | 115,6 | 226,9 |
Likörlər, min dkl | 9,1 | 104,6 | 71,1 |
Alkoqolsuz içkilər, min dkl | 826,1 | 108,2 | 376,5 |
Tütün məmulatları | |||
Fermentləşdirilmiş tütün, ton | 600,7 | 138,1 | - |
Papiros və siqaretlər, milyon ədəd | 213,6 | 1,8 d. | 1,1 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























