ABŞ-ın xam neft hasilatı rekord qırdı - DÜNYADA 2-Cİ OLDU
ABŞ-ın gündəlik xam neft hasilatı miqdarı, ölkə tarixində ən yüksək səviyyəyə çataraq rekord qırdı.
"Marja", ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlara istinadən xəbər verir ki, ölkənin xam neft istehsalı 27 Yanvar - 2 Fevral tarixlərində, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 332 min barel artımla 10,25 milyon barelə yüksəlib.
Beləliklə, ABŞ-ın gündəlik xam neft istehsalı miqdarı ölkə tarixindəki ən yüksək səviyyəyə qalxaraq, rekord qırıb. ABŞ-ın ən yüksək xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin Noyabr ayında gündəlik orta hesabla 10,04 milyon barrel olmuşdu.
DÜNYANIN 2-Cİ ƏN BÖYÜK NEFT İSTEHSALÇISI OLDU
Keçən həftə Səudiyyə Ərəbistanın xam neft hasilatına çatan ABŞ, bu həftəki artımla Səudiyyəni geridə qoyub və dünyanın ən böyük 2-nci xam neft istehsalçısı mövqeyinə yüksəlib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən son göstəricilərinin yer aldığı yanvarında Neft Bazarı Hesabatına görə, Səudiyyə Ərəbistanının xam neft hasilatı dekabr ayında gündəlik orta hesabla 9,92 milyon barrel olmuşdu.
ABŞ qlobal neft istehlakında birinci yeri tutarkən, Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük neft ixracatçısı mövqeyindədir. Rusiya isə xam neft istehsalında dünyada birinci yerdədir.
Digər tərəfdən, EIA-nın dünən dərc olunan hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çataraq Rusiyanı keçəcəyi gözlənilir.
NEFT UCUZLAŞIB
Həmçinin EIA, ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının 27 Yanvar - 2 Fevral dövründə 1,9 milyon barel (0,5 faiz) artaraq 420,3 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi isə ehtiyatların 3,2 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,8 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 500 min (0,1 faiz) barel artaraq 665,1 milyon barelə yüksəlib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,4 milyon barel (1,4 faiz) artımla 245,5 milyon barel olub. Benzin ehtiyatlarına dair bazar gözləntisi də 0,5 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2 milyon barel azalmışdı.
Bundan başqa, sözügedən dövrdə ABŞ-ın xam neft ixracı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 478 min barel azalaraq 1,29 milyon barelə, xam neft idxalı da gündəlik orta hesabla 538 min barrel azalma ilə 7,89 milyon barrelə enib.
ABŞ-ın xam neft hasilatının rekord səviyyəyə çatmasının ardından qlobal bazarda neftin qiymətləri düşüb.
Brent növü neftin qiyməti 65,30 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftinin qiyməti isə 61,59 dollara qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
40 d. əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
1 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
1 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























