İri Çin şirkəti Azərbaycan şirkətinin layihəsinə 140 milyon dollar vəsait cəlb edəcək
6 fevral tarixində Pekin şəhərində Azərbaycanın “AS Group Investment” şirkəti ilə Çinin iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən CAMCE “Abşeron Aqro Park” layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.
Əməkdaşlıq Müqaviləsini “AS Group Investment”in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti xanım Luo Yan tərəfindən imzalanıb. Tərəflər 6-7 fevral tarixlərində Çin, Qazaxstan, Azərbaycan, Gürcstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfransda bir araya gəliblər.
“AS Group Investment”-in təsisçisi Şahin Mövsümov səfər çərçivəsində həmçinin, CAMCE-nin daxil olduğu Çinin nəhəng dövlət şirkətlər qrupundan biri olan “China National Machinery Industry Corporation Ltd”-nin (SINOMACH) vitse-prezidenti cənab Liu Jin Zheng ilə də görüş keçirərək qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb.
"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. "Abşeron Aqro Park" ərazisinin 150 hektarlıq hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixanalar istifadəyə verilib və burada pomidor və çiyələk isthsalatına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təhciz olunub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək.
Hövsan qəsəbəsində yetişdirilən meyvə və tərəvəz yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulub. Bununla da dövlət başçısının iqtisadiyyatın prioriteti olaraq müəyyən etdiyi və uğurla həyata keçirilən qeyri-neft sektorunun inkişafı və bu sahədə ixrac həcminin artımına, o cümlədən “Made in Azerbaijan” brendinin tanınmasına qatqı verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























