Türkiyənin turizm gəliri 20%-ə yaxın artıb
2017-ci ildə Türkiyənin turizm gəliri 2016-cı illə müqayisədə 18,9% artaraq 26 milyard 283 milyon 656 min dollara yüksəlib. 2016-cı ildə Türkiyənin turizm gəlirləri əsasən Rusiya ilə münasibətlərin pisləşməsi ilə 30% azalmışdı.
"Marja" xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatında deyilir.
Sözügedən gəlirin 77,4%-i xarici ziyarətçilərdən, 22,6%-i isə xaricdə yaşayan vətəndaş ziyarətçilərdən əldə edilib.
Ötən il adambaşına orta hesabla xərc 681 dollar, əcnəbilərin orta hesabla xərci 630 dollar, xaricdə yaşayan vətəndaşların orta hesabla xərci isə 903 dollar olub.
2017-ci ildə Türkiyəyə səfər edənlərin sayı 2016-cı illə müqayisədə 23,1 faiz artaraq 38 milyon 620 min 346 nəfərə çatıb. Bunların 83,1%-ini (32 milyon 79 min 527 nəfər) xaricilər, 16,9/%-ni (6 milyon 540 min 819 nəfər) isə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
27 d. əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
52 d. əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
1 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























