Azərbaycanın boru istehsalçısı rəqiblərini bazardan sıxışdırıb çıxarıb
"MET-AK" reklam deyil" sloqanı ilə də tanınan Azərbaycanın "MET-AK" şirkətinin uğurunun səbəblərdən biri də yatırdığı böyük sərmayələrdir.
"Marja" xəbər verir ki, "MET-AK" satışlarının və xalis mənfəətinin artdığını açıqlayıb (Daha ətraflı: http://marja.az/news/19522).
Şirkət bəyan edib ki, artıq əsas rəqiblər bazardan sıxışdırılaraq çıxarılıb:
"Plastik məmulat istehsalının əsasını təşkil edən qəliblərin (press-formaların) müəssisənin özü tərəfindən istehsal edilməsi, şirkətin bazarda məhkəmlənməsinə səbəb olmuş və əsas rəqiblərin bazardan sıxışdırıb çıxarmasına nail olmuşdur".
Ciddi rəqiblərin olmaması, plastik borulara təlabatın artması, yeni məhsulların bazara çıxarılması "MET-AK"ın satışlarının kəskin artmasına səbəb olub. Şirkətin 2017-ci ilin 6 ayındakı satışları 31 milyon 423 min manat təşkil edib. 2015-ci ildə şirkətin məhsul satışından cəmi gəliri 4 milyon 425 min manat, 2016-cı ildə isə 28 milyon 505 min manat təşkil etmişdi. Şirkət bu il, 6,3 milyon manat xalis mənfəət əldə edəcəyini proqnozlaşdırır.
"2017-ci ildə plastik boru və fittinq bazarıında ciddi artım müşahidə olunmuşdur. Bu, birbaşa şirkətin satışlarının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Bundan başqa "MET-AK" şirkəti kənd təsərrüfatı təyinatlı məhsulların (meyvəçilikdə istifadə olunan müxtəlif ölçülü taraların) istehsalına başlamışdır. Həmin məhsullar üzrə çoxlu sayda sifarişlərin qəbul edilməsi, gələcək illərdə gəlirlərin əsaslı şəkildə artacağına işarədir. Bundan əlavə, müəssisə elektrik qaynaqlı polad boruların istehsalını planlaşdırır. "MET-AK" şirkəti həm də ticarətlə məşğuldur və elektrik qaynaqlı polad boruları idxal edib ticarətini həyata keçirir. Bu ildən bu məhsulların istehsalına başlanması idxal zamanı meydana gələ biləcək potensial riskləri (məsələn, idxal rüsumunun artırılması) minimumlaşdırmaq üçün olduqca vacibdir",- "MET-AK" şirkəti bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























