PAŞA Bank “valyuta çılğınlığını” yumuşaq geridə qoydu
2016-cı ildə və 2017-ci ilin ilk aylarında valyuta alqı-satqısında spredlər (alış və satış məzənnələri arasında fərq) yüksək olduğundan bir sıra bankların gəlirəri artmışdı. Lakin ötən ildən başlayaraq Manatın sabitləşməsilə spredlər aşağı düşməyə başladı. Belə bir vəziyyətdə bankların qeyri-faiz gəlirlərinin azalması qaçılmaz idi.
“Marja” xəbər verir ki, PAŞA Bank vəziyyətə uyğun olaraq 2016-cı ildə xarici valyutalar ilə əməliyyatlardan 56 milyon 439 min manat gəlir əldə etmişdi. Ehtimal olunurdu ki, spredlər aşağı düşən zaman PAŞA Bankın cəmi gəlirlərində, həmçinin mənfəətində kəskin azalma olacaqdır. Lakin bu baş vermədi.
2017-ci ildə PAŞA Bankın xarici valyutalar ilə əməliyyatlardan gəliri 31 milyon 680 min manata düşdü. Bu gəlirin də böyük bir hissəsi spredlərin yüksək olduğu 2017-ci ilin 1-ci rübünə təsadüf edir. PAŞA Bank xarici valyutalar ilə əməliyyatlardan 1-ci rübdə 14 milyon 886 min manat, 2-ci rübdə 8 milyon 594 min manat, 3-cü rübdə 4 milyon 498 min manat, 4-cü rübdə 3 milyon 702 min manat gəlir əldə edib.
Valyuta əməliyyatlarndan gəlirlərin azalması fonunda PAŞA Bankın qeyri-faiz gəlirləri azalsa da, faiz gəlirlərinin artması bunu kompensasiya edib. Bankın qeyri-faiz gəlirləri 76 miyon 831 min manatdan 48 milyon 925 min manata geriləsə də, faiz gəlirləri 114 milyon 753 min manatdan 158 milyon 157 min manata yüksəlib. Bankın 2017-ci il üzrə xalis mənfəəti 2016-cı ildəki səviyyəyə yaxın olub. PAŞA Bank ASC 2017-ci ili 58 milyon 994 min manat xalis mənfəət ilə başa vurub. PAŞA Bank 2016-cı ili 61 milyon 57 min manat xalis mənfəətlə başa vurmuşdu.
PAŞA Bankın maliyyə gösəriciləri barədə daha ətraflı: http://marja.az/news/19437
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)

