OYAL yeni istedadları aşkarladı
“Ofisait” mağazalarının təşkilati dəstəyi və OYAL məktəbli ləvazimatlarının sponsorluğu ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 4-cü mərhələsi uğurla başa çatıb.
Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən müsabiqədə iştirak etmək üçün 500-dən artıq müraciət qeydə alınıb və müsabiqənin hər mərhələsində müraciətlərdən 15-i növbəlilik prinsipi əsasında dəvət olunub. Hazırda artıq 60 nəfər iştirakçı layihədə iştirak edib, əsərlərini təhvil veriblər.
Xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə həyata keçirilən müsabiqə uşaqlarla yanaşı valideynlər tərəfindən də rəğbətlə qarşılanır. “Mənim Azərbaycanım” rəsm müsabiqəsi məhz onların övladlarının istedadının aşkarlanmasında mühüm rol oynayır, həmçinin uşaqlar Azərbaycan rəsm sənətinin canlı tarixi hesab olunan Arif Hüseynovla yaxından tanış olmaq, görkəmli sənətkarın təcrübəsindən faydalanmaq fürsəti əldə edirlər. Rəsm çəkmək üçün tələb olunan bütün texniki ləvazimatlarla təmin olunan uşaqlar əsasən Azərbaycanın tarixi, füsunkar mənzərəsi, musiqi mədəniyyəti, memarlığı ilə bağlı rəsm əsərləri çəkmişlər. Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, 6 ay ərzində çəkilən bütün əsərlər təşkilatçıda toplanacaq və 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacaq. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsinin 5-ci mərhələsi 31 yanvar 2018-ci il, saat 15:00-da Bakı şəhəri, Səbail rayonu Dilarə Əliyeva 235 A ünvanında yerləşən “Ofisait” mağazasında keçiriləcəkdir. Müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.
Ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
54 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq


























