SOCAR İstiqrazına pul qoyanlar növbəti gəlirlərini götürürlər
Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR İstiqrazlarının sahiblərinə 2018-ci ildə ilk faiz ödənişi həyata keçiriləcək.
"SOCAR Capital" şirkətinin məlumatına əsasən, yanvarın 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək. Bu, istiqraz saşiblərinin cari ildə qrafik üzrə ilk qazancı olacaq. 2017-ci ildə isə SOCAR İstiqrazlarının sahibləri bu qiymətli kağızlardan 5 milyon dollar gəlir götürüblər.
"SOCAR Capital"dan bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb: "Yanvarın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq".
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buradılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
SOCAR İstiqrazlarının digər qiymətli kağızlardan əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlərdir.
Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib.
Bu xüsusiyyətlərinə və yüksək gəlirliyinə görə, SOCAR İstiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. Eləcə də, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da SOCAR İstiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağıza çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















