Azərbaycanda “Venzana” mebel fabriki tikiləcək
“Saloğlu” şirkəti Ağstafa rayonunda “Venzana” mebel fabrikini tikəcək.
“Marja” xəbər verir ki, hazırda “Venzana” mebel fabrikinin tikintisi istiqamətində işlər davam etdirilir. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, İspaniya və İsveçə ixracı nəzərdə tutulub.
Artıq rayonda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabriki yaradılmışdır. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfər daimi işlə təmin edilib. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.
Hazırda istehsal olunan məhsulların artıq xarici bazarlara çıxarılmasına başlanılıb. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Ərazidə mebel satış mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana fəaliyyət göstərəcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
12 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























