Palata "qanunsuzdur", Assosiasiya isə "qanunidir" deyir
Banklar Assosiasiyası Palataya qarşı: "QANUNDA BELƏ YAZILMAYIB"
Qarşıdan gələn 2018-ci ildə bank sektoru üçün yeniliklərdən biri də məhkəmələrdə yaranacaq çətinliklər olacaq. Gələn il banklar problemli borclarla, ümumiyyətlə müştəriləri ilə münasibətlərlə bağlı məhkəmə çəkişməsində təmsilçiliklə bağlı prbolemlər yaşayıcaqlar.
Kollektorların məhkəməyə yolu bağlanır
Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən və 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək dəyişikliklərə görə, gələn ildən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz.
Halbuki indiyədək məhkəmələrdə bankları məhz hüquq şirkətləri adı altında fəaliyyət göstənrən kollektorlar və onların əməkdaşları təmsil edirdi.
Banklar nazirlikdən kömək istəyəcək
Banklar bu dəyişiklik ilə bağlı öz narahatlıqlarını artıq bildiriblər. Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun dekabrın 8-də keçirilən iclasında Məcəlləyə dəyişikliklərin bank sektorunda yarada biləcəyi çətinliklər və görülməli olan tədbirlər müzakirə olunub. İclasda qərara alınıb ki, ABA tərəfindən problemli kreditlərlə bağlı məhkəmə işlərinin mövcud qanunvericilik əsasında məhkəmədənkənar həlli üsullarının tətbiqi mexanizmləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunsun. Eləcə də, banklar bu məsələ ilə bağlı təcrübələrini bir-biri ilə bölüşsünlər. Amma yeni ilə iki gün qalmasına baxmayaraq hələ də bu müraciət edilməyib və məsələ açıq qalmaqdadır.
Bank işçiləri vəkil imtahanına hazırlaşır
ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev bildirib ki, artıq banklar yeniliyə hazırlaşırlar. «Əvvəllər bu proses, yəni bankların məhkəmədəki iştirakçılığı hüquq şirkətlərinin əməkdaşları vasitəsilə aparılırdı, indiyədək həmin işçilərin vəkil olması tələbi yox idi. İndi isə dəyişikliyə görə, bankı məhkəmədə yalnız vəkil təmsil edə bilər. Ona görə də, həmin əməkdaşlar vəkillik imtahanına hazırlaşırlar. Onlar vəkil olduqdan sonra bankları məhkəmələrlə təmsil edə biləcəklər».
Bankların öz hüquqünasları da vəkil olmağa hazırlaşırlar. Bəzi bankların əməkdaşları artıq vəkillik imtahanları verərək vəkil statusu almaq və məhkəmələrdə iş yerini təmsil etmək niyyətindədirlər.
Yeri gəlmişkən, indiyədək qanun vəkillərə əsas iş yeri olmasını qadağan edirdi. Amma son dəyişikliklərdən sonra bu qadağa aradan qaldırılıb və bank əməkdaşları həm də vəkil kimi fəaliyyət göstərə biləcəklər.
«Onlar qanunsuz fəaliyyətə öyrəşiblər»
Hüquqşunas ekspert Əkrəm Həsənov da bildirir ki, hazırda Azərbaycanda kollektor adı ilə fəaliyyət göstərən 4-5 şirkət var. Adında kollektor sözü olmayan və bu işlə məşğul olan şirkətlər isə çoxdur. Qanuna dəyişikliklər həmin şirkətlərin məhkəməyə yolunu bağlayır və onları qanundan kənar sayır: «Banklarla kollektor agentlikləri arasındakı iş müqaviləsi ləğv olunmalı və banklar bu problemləri özləri həll etməlidir. Böyük ehtimalla banklar hüquq və problemli kreditlərlə iş şöbəsinin əməkdaşlarının sayını artırmalı olacaqlar. Güman edilir ki, kollektorların əməkdaşları bankların sözügedən şöbəsinə işə alınacaqlar».
Bununla yanaşı, Ə.Həsənovun sözlərinə görə, kollektorların fəaliyyətini dayandırması və onların bank işçiləri ilə əvəzlənməsi əvvəlki efekti verməyəcək: «Çünki, banklar kollektorlar kimi müştərini fəaliyyət binasına çağırıb fiziki güc tətbiq edə bilməyəcək. İstisna olunmur ki, banklarla kollektorların qanunsuz iş birliyi hələ davam edəcək. Çünki, onlar artıq qanunsuz fəaliyyətə öyrəşiblər».
Ekspert bildirir ki, artıq bu məsələ, yəni kollektorların fəaliyyətinə nəzarətin artması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib.
Palata: Kollektor fəaliyyəti qanunsuzdur
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kollektorlarla bağlı mövqeyi artıq məlumdur. Palatanın hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev bankların vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə etməsini tənqid edərək, kollektorların fəaliyyətinin qanunsuz olduğunu bildirib. Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Palata nümayəndəsi bildirib ki, «bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər». Başqa sözlə, bu mövqedən belə bəlli olur ki, kollektorlar nəinki bankları məhkəmədə təmsil edə bilməzlər, hətta onlara müştərilər arədə məlumatların verilməsi də qanunsuzdur.
Banklar Assosiasiyası: Kollektorlar qanunsuz deyil
Amma Banklar Assosiasiyasında Palatanın bu mövqeyi ilə razılaşmırlar. ABA-nın hüquqşünası Qorxmaz Ağayev isə bildirir ki, kollektorların fəaliyyətinin qanunsuz olması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil. Azərbaycanda icazə verilən sahibkarlıq fəaliyyəti növləri «Sahibkarlıq haqqında» qanunda əksini tapıb. Hər hansı fəaliyyətin qadağan olması qanunvericilikdə göstərilir. Qadağan olunmayan və fəaliyyəti məhdudlaşdırılanların dairəsi də göstərilir: «Lisenziyalaşdırılan və qadağan edilən siyahıda kollektor fəaliyyəti yoxdursa, demək ki, icazəlidir. Kollektorlar bütün dünyada tətbiq olunan bir sistemdir. Palatanın belə bir fikri olsaydı bu fikir mətbuatda yox, banklara göndərilən rəsmi məktublarda, palatanın özünə məxsus normativ sənədlərində öz əksini tapmış olardı. Belə bir sənəd isə yoxdur. Hazırda bu barədə rəsmi olaraq heç nə olmadığı üçün kollektorların fəaliyyətinin qadağan olunması deyə fikir səsləndirmək düzgün olmazdı".
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
31 d. əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
-
- 36 d. əvvəl
-
39 d. əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 51 d. əvvəl
-
51 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
1 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
1 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Ən çox oxunanlar
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
















