"Neftimiz tükənir, SOCAR-a vəziyyəti düzəltmək üçün pul ayrılacaq"
"2018-ci ildə ölkə iqtisadiyyatının 1,5% artacağı, artımın böyük hissəsinin qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir".
"Marja" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Nazir qeyd edib ki, cari ildə də qeyri-neft sektoru 2,4% artıb, neft sektorunda isə bir qədər geriləmə mövcuddur:
"Bu təbii haldır. Çünki bizim bəzi neft yataqlarımızın istismar müddəti sona çatmaqdadır. Şübhəsiz həmin yataqlarda olan neft ehtiyatları tükənir. Görürük ki, bu sektorda geriləmə qaçılmazdır. Digər tərəfdən, OPEC ilə razılaşma çərçivəsində Azərbaycan da hasilatını bir qədər azaldır. Bu da neft sektorunda geriləməyə təsir göstərir".
Nazir qeyd edib ki, neft sektorunda istehsalın geriləməsinin qarşısını almaq üçün SOCAR-ın nizamnamə kapitalı artırılacaq:
"Tükənən yataqlarının hasilat səviyyələrinin saxlanılması üçün SOCAR-ın nizamnamə kapitalı artırılacaqdır. Yataqlar ən azı tükənməməlidir, bu da vacibdir. Çünki neft olmasa, bunu xaricdən almalı olacağıq. Xaricdən alanda da, buna xarici valyuta sərf etməli olacağıq. Buna görə, öz yataqlarımızdan maksimum səmərəli istifadə etmək düzgün yol olardı. Qərar qəbul olunmuşdur ki, SOCAR-a dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılsın. Söhbət SOCAR-ın nizamnamə kapitalının artırılmasından gedir. SOCAR-ın kapitalına qoyulan vəsait 2 istiqamətdə istifadə ediləcək. 1-ci istiqamət neft və qaz yataqlarının istismarının genişləndirilməsi və hasilat səviyyələrinin saxlanılması layihəsidir. İkinci layihə Heydər Əliyev adına Neft emalı zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsidir. Bu da vacibdir, çünki bu zavod müasir deyil, neftin emal səviyyəsi aşağıdır, keyfiyyətli, ekoloji standardlara uyğun benzin istehsalına imkan vermir. Bir neçə il ərzində dövlət büdcəsindən bu layihələrə vəsaitlər ayrılacaqdır. Bu Azərbaycan üçün həyati əhəmiyyətli infrastruktur layihələrdir".
Samir Şərifovun çıxışı: http://www.myvideo.az/tv/aztv/2017-12-27/21:14:55
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
53 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























