25 ildən sonra yenidən Qarabağ xalçaları toxunur
Xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda 25 ildən sonra yenidən Qarabağ xalçaları toxunmağa başlayıb.
"Azərxalça” ASC-nin Quzanlı qəsəbəsində inşa edilən filialında tikinti işləri başa çatıb. Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar, satış salonu və sairdən ibarət olan müəssisə lazımi inventar, dəzgahlar, avadanlıq və xammalla təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Müəssisənin həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, yerə asfalt örtük və tamet döşənib.
Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub ki, onlardan da 150-si xalçaçı qadınlar olacaq. Artıq filialda işləyəcək qadınlara xalça toxumağın sirləri öyrədilir.
Ömrünün qırx ilini xalçaçılığa həsr etmiş Əməkdar Mədəniyyət İşçisi Ceyran Əliyeva bu qədim el sənətinin incəliklərini ilmələrin dili ilə gənc xalçaçılara öyrədir. O, AZƏRTAC-a müsahibəsində deyib:
“Xalçaçılıq nənələrimizin əllərinin hərarətindən, gözlərinin nurundan yaranmış bir sənətdir. Xalqımız min illərdir xalçaçılıq ənənələrini yaşadır və inkişaf etdirir. Ancaq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində 25 ildir ki, Qarabağda xalçalar toxunmurdu. Xalçaçılıq sənəti Qarabağda itmək üzrə idi. Bu gün “Azərxalça” ASC tərəfindən Ağdamda filialın yaradılması Azərbaycan xalça sənətinə, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə böyük töhfədir”.
Filialda əsasən məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən olan qadınlar xalçaçılıq peşəsinə yiyələnirlər. Onlar həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirəcək, həm də ailələrinin sosial rifahını yaxşılaşdıracaqlar.
Rayon sakini Kifayət Zeynalova da qədim el sənətini həvəslə öyrənir. “Xalçaçılıq bizə nənələrimizdən yadigar qalıb. Bu sənətə uşaqlıqdan böyük maraq göstərmişəm. Quzanlı qəsəbəsində belə bir müəssisənin yaradılması sevincimə səbəb oldu. Hazırda burada xalça toxumağı öyrənirəm. Həm sevdiyim sənətlə məşğul olacaq, həm də əməkhaqqı alacam”, – deyə gənc xalçaçı bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















