"Veysəloğlu" Şirkətlər Qrupu əsgərləri ziyarət edib
Veysəloğlu Şirkətlər Qrupu və Yeni Azərbaycan Partiyası (YAP) Nizami, Nəsimi və Nərimanov rayonu təşkilatlarının birgə təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də yeni il bayramı öncəsi Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub, əsgər və zabitlərlə görüş keçiriblər.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, əvvəlcə qonaqlar cəbhəyanı və cəbhədə xidmət göstərən əsgərlərimizin məişət şəraiti ilə maraqlanıb, hərbi hissədə əsgərlər üçün yataqxana və yeməkxanada yaradılmış şaraiti qonaqlara əyani olaraq tanış olublar.
Qeyd edək ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.
Görüşdə Bakının orta məktəblərində təhsil alan şagirdlərin ürək sözlərinin əks olunduğu məktublar əsgərlərə paylanılıb. Əsgərlər aldıqları məktubu yerindəcə oxuyaraq, böyük qürur hissi keçirdiklərini və ruhlandıqlarını bildiriblər.
Sonda Veysəloğlu Şirkətlər Qrupunun əsgərlər üçün göndərilən bayram sovqatı onlara təqdim olunub, qarşıdan gələn bayramları təbrik edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























