Dövlət Agentliyi günəş və külək enerjisi istehsalının azalmasına aydınlıq gətirib
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi son zamanlar Azərbaycanda günəş və külək enerjisi istehsalının azalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun sədr müavini Nurəli Yusifbəyli açıqlamasında bildirib ki, azalma var, lakin onun həcmi nəzərəçarpacaq səviyyədə deyil: "Azalma əsasən kiçik su elektrik stansiyalarında var ki, o da daxil olan suyun miqdarından asılıdır. Günəş elektrik stansiyalarında isə ötən illə müqayisə orta hesabla 35-36 mln. kV/saat elektrik enerjisinin istehsalını gözləyirik ki, bu da növbəti ilin səviyyəsinə görə təqribən 5-6% yüksək olacaq".
Külək elektrik enerjisi stansiyasında baş verən azalmaya aydınlıq gətirən N. Yusifbəyli bildirib ki, 2016-cı ildə Yeni Yaşma külək stansiyasında sınaq-sazlama işləri həyata keçirilib: "Bu səbəbdən də stansiyada 4 mln. kV/saatdan artıq elektrik enerjisi istehsal etdik. İstismar nomenklaturasına görə, hər işləyən stansiya 100 saatdan sonra dayanmalıdır və baxış keçirilməlidir. Bu baxımdan 2016-cı ildə külək elektrik enerjisinin istehsalı daha əvvəlki illərə nisbətən çoxdur və bu il azalma baş verib. Ancaq hazırda Yaşma Elektrik Stansiyasında iki aqreqat, Qobustan Elektrik Stansiyasında külək qurğuları işləyir. Düşünürəm ki, ilin sonunda külək elektrik stansiyalarında enerji istehsalındakı azalma ciddi olmayacaq".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























