AGBank bankomatlarının "beynini" yenilədi
AGBank bankomatların proqram təminatında təkmilləşdirmə işləri aparıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, həm AGBank-ın partnyorı olan və həm də Diebold Nixdorf tərəfindən avtorizə olunan BS2 şirkətinin, Azərbaycanda ilk dəfə olaraq, istifadəçilərin ehtiyaclarını nəzərə almaq şərti ilə təqdim etdiyi yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır.
Qeyd edək ki, bankomatların sayına görə AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb. Hal-hazırda bank Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Yevlax, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla xidmətinizdədir.
Məlumat üçün bildiririk ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun çıxarılması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin və kommunal xidmətlərin ödənilməsi, karta pul vəsaitlərini mədaxil olunması (cash in) , bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card), kartı olmayan şəxslərə pul göndərilməsi və onlardan pul alınması (Cash by code) imkanlarını verən əməliyyatları aparmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
22 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
54 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















