Heç bir bankın verə bilmədiyi gəlir – AXIN DAVAM EDİR
Banklara etibarın əvvəlki illərlə müqayisədə azalması, əmanət faizlərinin aşağı düşməsi fonunda vergi və digər güzəştlər vəd edən həyatın yaşam sığortasına maraq artır.
"Marja" xəbər verir ki, həyat sığortası şirkətlərinin Yığım İnvestisiyası Sığortası dedikləri “Həyatım yaşam sığortası” üzrə toplanmış sığorta haqları bu ilin yanvar-noyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 70% artaraq 121,1 milyon manata çatıb. Halbuki, 2016-cı ilin 11 ayında bu növ üzrə 71,6 milyon manat sığorta haqları toplanmışdı.
Azərbaycanda bütün sığortalar üzrə cəmi 504,2 milyon manat sığorta haqlarının 24%-i həyatın yaşam sığortası hesabına formalaşıb.
2017-ci ilin 10 ayında “Həyatım yaşam sığortası” üzrə toplanmış sığorta haqları 108,6 milyon manat təşkil edirdi. Təkcə noyabrda bu növ üzrə toplanan sığorta haqları 12,5 milyon manat artıb.
HƏM SIĞORTALISINIZ, HƏM DƏ GƏLİR ƏLDƏ EDİRSİNİZ
İndi yüksək maaşı olan insanlar pullarını banka əmanət kimi yatırmaq əvəzinə, həyat sığortası şirkəti vasitəsilə artırırlar. Yığım İnvestisiyası Sığorta növü Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz rəsmi gəlirinizdən aylıq müəyyən miqdar sığorta şirkətinə ödəyərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
Faizlərin düşməsi fonunda banklarda əhalinin əmanətləri cüzi artarkən, həyatın yaşam (investisiya) sığortası 70% artıb. İnsanlar əmanətlərin az gəlirli olduğunu başa düşdükcə, əməkhaqlarını bu alətə yönəldirlər. Sığorta şirkətlərindən verilən məlumata görə, yatırılan vəsaitə görə illik gəlir 46 faizdən 70 faizədək dəyişə bilir. Müqayisə üçün qeyd edək ki, banklar əmanətə cəmi illik 8-12% gəlir təklif edirlər.
Qeyd edək ki, Azərbaycanda 3 həyat sığortası şirkəti (PAŞA Həyat, Atəşgah Həyat və Qala Həyat) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
9 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 22 saat əvvəl
-
-
22 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
23 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi


















