"Gələn il 3 Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulub"
"Gələn il dövlət büdcəsində bölgələrdə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik".
Bunu Azərbaycanın və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılıb: "Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılıb. Bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır. Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək".
Prezident İlham Əliyevin fikrincə, Regional Olimpiya mərkəzləri idmanın kütləvi xarakter almasından ötrü tikilib: "Mən hər zaman idmançılarla görüşəndə qeyd edirəm ki, hər bir insan idmanla məşğul olmalıdır. Fiziki sağlamlıq hər bir insan üçün çox önəmlidir. Biz son illər ərzində bu istiqamətdə bir çox vəzifələri icra etdik. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib. Dövlət tərəfindən təşkil olunan dispanzerizasiya, müayinədənkeçmə işləri aparılır. Hər il beş milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Ekoloji vəziyyət yaxşılaşır, təmiz içməli su layihələrinin icrası geniş vüsət alıb. Əlbəttə, fiziki hərəkət sağlamlıq üçün əsas amillərdən biridir. İdmanın kütləviliyi idman nəticələri əldə etmək üçün yox, sadəcə olaraq, ona görə vacibdir ki, hər bir insan özünü yaxşı hiss etsin".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























