Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İlham Əliyev Vahid Ələkbərovla görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev Vahid Ələkbərovla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

 

Reklam_3_11

Prezident İlham Əliyev Azərbaycan ilə “LUKOIL” şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirdi ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir. Dövlətimizin başçısı “LUKOIL” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib.

 

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirdi, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

 

Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “LUKOIL” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

18.01.2017 17:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ