Bu da Unibank Mobile-ın 100.000-ci müştərisi
"Başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi"
Bu günün adamı Unibank-ın müştərisi Azad Quluzadədir. Neft-qaz şirkətlərinin birinin əməkdaşı olan Unibank müştərisini “günün adamı” edən isə onun seçimidir.
Azad Quluzadə Unibank Mobile-ın 100.000-ci müştərisi olduğu üçün bankın tarixinə düşüb:
“Mən əvvəl başqa bir bankın mobil əlavəsini istifadə edirdim. Amma çox rahat deyildi və təhlükəsizlik səviyyəsi də məni qane etmirdi. Unibank Mobile-ı rahatlığı, xidmətlərinin genişliyi və təhlükəsizliyinə görə seçdim. Asan və çoxfunksiyalı olmağı xoşuma gəlir. Yeni qoşulsam da, artıq kommunal ödənişləri Unibank Mobile-la edirəm, hətta mobil telefonumun, ailə üzvlərimin mobil balansını da bununla artırıram. Ən vacib hesab etdiyim təhlükəsziliyidir”.
Azad Quluzadənin iş yoldaşlarının çoxu Unibank Mobile-dan istifadə edir: “Bizim işimiz elədir ki, davamlı işinin başında olmalısan. Bu xidmətləri bankomatda ya bank filialında həyata keçirmək əlavə zaman itkisidir. Unibank Mobile-la isə həm zamana qənaət edirsən, həm də Unibank Mobile-da edilən əməliyyatlar bonus qazandırır. Bu bonusları istədiyin hədiyyəyə çevirmək imkanı da Unibank Mobile-ın üstünlüklərindən biridir”.
İndi Unibank müştərisi olan hər kəsin “günün adamı” seçilmək şansı var. 100.000-ci müştəri olmasanız da, Unibank Mobile istifadəçisi olmaqla, 2018 AZN qazana bilərsiniz. Çünki yanvarın 15-dək Unibank Mobile-la edilən əməliyyatlar sizi müxtəlif pul uduşları qazandıran lotereyanın iştirakçısına çevirəcək.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile- bankdan daha yaxın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 d. əvvəl
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
18 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
Ən çox oxunanlar
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
















