Bank sektoruna dair yeni göstəricilər açıqlandı
Azərbaycanda fəaliyyət göstərən bankların 31 oktyabr 2017-ci il tarixinə cəmi aktivləri 26 milyard 311.6 milyon manat, cəmi öhdəlikləri isə 23 milyard 216.6 milyon manat təşkil etmişdir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumata görə, sektorun balans kapitalı 3 milyard 95 milyon manat, əhalinin əmanətləri isə sentyabr ayı ilə müqayisədə 3.6% (250.7 mln. manat) artaraq 7 milyard 250.2 milyon manat olmuşdur.
Qeyd edək ki, 30.09.2017-ci il tarixə əhalinin əmanətlərin 6 milyard 999.5 milyon manat təşkil emtişdi.
Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 556, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,491 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,470 nəfər təşkil etmişdir.
31 oktyabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
10 ayın yekunu üzrə bank sektorunun xalis mənfəəti 549,6 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
40 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















