Azərbaycanda bu mobil proqramın istifadəçilərinin sayı 100.000-ə çatdı
Azərbaycanın ən çox yüklənən və ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile istifadəçilərinin sayı 100.000-ə çatıb.
UniBankın yaydığı məlumata görə, bu isə o deməkdir ki, ölkəmizdə ən azı 100 min Unibank müştərisi banka gəlmədən istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli istifadə edə bilir.
Nüfuzlu “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile indi daha dinamik və interaktiv olub.
Təkmilləşmələrdən sonra mobil əlavədən istifadə bir qədər də rahat və dolğun informasiyalıdır. Son yeniliklər zamanı əsas səhifənin dizaynı yenilənib və yeni funksiyalar əlavə edilib.
İndi smartfonunda Unibank Mobile əlavəsini yeniləyən hər kəs aşağıdakı yenilikləri görəcək:
-Bank kartlarının rəngli dizaynda daha ətraflı məlumatı;
-Bütün kartların ümumi balansı və kreditlər üzrə ümumi borc;
-Əsas səhifədə Ümumi bonusların cəmi və bonusları hədiyyə kuponlarına dəyişmə imkanı;
-Əsas səhifənin aşağı hissəsində rahat menyu;
-Ödənişlər üçün ekspress panel – swipe menyu. Bu menyuda həm ödənişlər,həm də köçürmələr üzrə mütəmadi edilən əməliyyatlar əks olunacaq;
-Mütəmadi ödənişlər və köçürmələr - tez-tez edilən əməliyyatların təkrar etmə imkanı;
-Xəbərlər bölməsi: burada yeniliklər və aksiyalar olacaq, hər yeni xəbər “Xəbərlər” bölməsində rəqəmlərlə qeyd olunur.
Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
23 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub























