Azərbaycan və Çin Sənaye Şəhərciyi yaradır - 2 MİLYARDLIQ SAZİŞ
Bakı Şəhəri Qaradağ Rayonunun İcra Hakimiyyəti ilə Çin Xalq Respublikası Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
"Marja" xəbər verir ki, bu barədə Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bakı Şəhəri Qaradağ Rayonunun Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong Saziş imzalayıblar.
Sazişə əsasən tərəflər Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, logistika mərkəzlərinin və xidmət sahələrinin yaradılması, “Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda, potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə “Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunub. Nəzərdə tutulan layihənin icra müddəti 4 illik dövrü əhatə edir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi, növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























