Yanvarın 1-dən qüvvəyə minir, şirkətlərdən 54 milyon manat yığılacaq
"İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2018-ci ilin yanvarın 1-də qüvvəyə minməsi ilə əlaqədar sığortaedənlər tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi müəyyən edilmişdir.
İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 milyon 40 min manat məbləğində proqnozlaşdırılıb. Bu, “İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 mln. 726 min 212, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 mln. 726 min 212 manat, digər sığortaedənlər 53 mln. 567 min 576 və sair gəlirlərdən 20 min manat daxilolmalar hesabına təmin ediləcək.
Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 mln. 478 min, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 613 min, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 150 min, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min, özünüməşğulluq tədbirlərinin təşkilinə 35 mln. 802 min, sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 milyon 380 min, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 mln. 709 min manatın yönəldilməsi nəzərdə tutulur.
Sənəddə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək İşsizlikdən Sığorta Fonduna köçürəcək. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Parlament qanun layihəsini qəbul etdiyi halda sənəd ölkə başçısı tərəfindən imzalanmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























