İdxal zamanı aksiz dərəcələri Dollar ilə müəyyən ediləcək
2018-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 2 milyard 430,0 milyon manatı və ya 12,1 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur.
"Marja" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
ƏDV üzrə daxilolmalar 1 milyard 705,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 31,0 milyon manat və ya 1,9 faiz çoxdur. Artımın səbəbi alkoqollu içkilərə və tütün məmulatlarına aksiz dərəcələrinin ABŞ dolları ilə nəzərdə tutulması və artırılan məbləğə tətbiq olunan ƏDV-nin nəzərə alınması olmuşdur.
Təqdimatda qeyd olunur ki, aksiz vergisi üzrə daxilolmalar 172,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat və ya 91,1 faiz çoxdur. Qeyd edək ki, sonuncu dəfə ölkəyə idxal və ölkədə istehsal olunan alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələri 2015-ci ildə artırılaraq milli valyuta ilə müəyyən edilmişdir. Lakin ötən dövr ərzində manatın ABŞ dollarına münasibətdə dəyərsizləşməsi baş vermişdir. Aparılmış təhlillər göstərir ki, alkoqollu içkilərin və tütün məmulatlarının əsasən xaricdən idxal olunması nəticə etibarilə həmin malların qiymətinin artmasına və aksiz vergisinin qiymətdə xüsusi çəkisinin azalmasına səbəb olmuşdur. Qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə aparılan siyasətə uyğun olaraq daxili bazarın qorunması, habelə alkoqollu içkilərə və tütün məmulatlarına olan təlabatın yerli istehsal hesabına təmin edilməsi məqsədilə idxal zamanı aksiz dərəcələrinin ABŞ dolları ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Gömrük rüsumları üzrə daxilolmalar 535,0 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 66,0 milyon manat və ya 14,1 faiz çoxdur. Bunun əsas səbəbi qeyri-neft sektorunun inkişafı məqsədilə yerli istehsalı olan bir sıra malların idxal rüsumlarının advalor rüsumlarından spesifik rüsumlarına (gömrük dərəcələrinin faizdən sabit məbləğə keçidi) keçidinin nəzərə alınmasıdır.
Yol vergisi üzrə daxilolmalar 18,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 1,0 milyon manat və ya 5,9 faiz çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
20 d. əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
1 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 1 saat əvvəl
-
10 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Ən çox oxunanlar
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb





















