Krediti qaytarmayanların qoluna qolbaq taxılacaq
Bu cəza növü kredit borclarını qaytara bilməyən yox, qəsdən qaytarmayan vətəndaşlar üçün nəzərdə tutulub.
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzaları yüngülləşdirilir. Amma bu xətaya görə əlavə cəza növü olan azadlığın məhdudlaşdırılmasının tətbiqi təklif edilir. Bəzi şəxslər isə qoluna taxılan elektron qolbaqla izlənəcək.
Kredit borcuna görə 3 il həbs cəzasının 2 ilə endirilməsi təklif edilir. Kredit borclarını qəsdən ödəməyənlər üçün azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilir. Cəzalar yüngülləşdirilsə də, cinayət məcəlləsində yeni anlayış olan azadlığın məhdudlaşdırılması bu növ cinayət əməlləri zamanı tətbiq ediləcək. Dəyişikliyə əsasən belə şəxslər üçün 2 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulur ki, bu üsulla vətəndaş yaşadığı və işlədiyi ərazini tərk etmədən cəzasını çəkəcək. Bu zaman o, qoluna taxılan elektron qolbaqla izlənəcək.
Kreditin ödənilməməsi ilə külli miqdarda ziyan vurmaqla da edilən cinayətə görə də 1-3 ilə qədər azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.
Sözügedən dəyişikliyin elə bir ciddi mahiyyət kəsb etmədiyini deyən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, burada söhbət Cinayət Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndindən gedir. Amma bir şeyi diqqətinizə çatdırım ki, bu cəza növü kredit borclarını qaytara bilməyən yox, qəsdən qaytarmayan vətəndaşlar üçün nəzərdə tutulub:
"Əgər vətəndaşın krediti ödəməyə imkanı yoxdursa, onun cəzalandırılması qanunauyğun deyil. Hər bir əmələ görə cəza o halda mümkündür ki, həmin əməl bilərəkdən edilir. Azərbaycanın qoşulduğu insan haqları konvensiyasında da konkret göstərilib ki, borca görə heç kimi həbs etmək olmaz. Kifayət qədər əmlakı və gəliri olduğu halda vətəndaş aldığı borcu ödəmirsə, burada artıq cinayət məsuliyyəti var. İmkanı olmadığı üçün borcunu qaytara bilməyən vətəndaşların banklar ən pis halda əmlakını ala bilər, o da yalnız məhkəmə qərarı ilə açıq hərracda satılaraq, banka verilə bilər.
Hətta elə əmlak növləri var ki, onu vətəndaşın əlindən almaq olmaz, toxunulmazdır. Qanunvericiliyə görə, əgər vətəndaşın bir evi varsa və o banka girov qoyulsa belə, bank onu vətəndaşın əlindən ala bilməz. Bu cür əmlak növləri çoxdur, ailənin gündəlik tələbatını ödəyən ev əşyaları televizor, soyuducu və sair varsa, onları da vətəndaşın əlindən almaq mümkün olmayacaq.
Sadəcə indi banklar vətəndaşları qorxudurlar. Lakin bunun hamısını ona görə edirlər ki, vətəndaşlar qorxsun və gedib kreditlərini qaytarsınlar. Ancaq aylıq gəliri yaşayış minimumundan çox olan, avtomobili, əlavə torpağı və ya evi olan vətəndaşların əmlakı əlindən alına, yaxud da borcunu qaytarmadığı üçün məhkəmə qərarı ilə azadlıqdan məhrum edilə bilər.
Dəyişiklik də məhz bununla bağlıdır ki, bu cür şəxslərin azadlığı məhdudlaşdırılacaq. Ona görə ciddi hesab etmirəm ki, Azərbaycanda kredit borcu olan vətəndaşların əksəriyyəti əhalinin kasıb təbəqəsidir. Bu təbəqədən olan insanların isə borclarını qaytarmağa imkanları olmadığı üçün həbs olunmaları da qanunvericiliyə ziddir”.
© "Şərq" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
3 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
4 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
5 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















