Pensiyaçıların sayı açıqlanıb
2017-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7% və ya 165,49 mln. manat artaraq 2 mlrd. 532,59 mln. manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,8% artaraq 1 mlrd. 501,1 mln. manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fonda daxilolmaların 65,13%-i və ya 977,7 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,1% və ya 105,46 mln. manat çox olmaqla, proqnozun 105,24% icra edildiyini göstərir. Ümumi daxilolmaların səviyyəsi cari ildə də Fond tərəfindən əmək pensiyalarının müəyyən olunmuş qrafik üzrə vaxtında maliyyələşdirilməsinə imkan verib.
Ölkəmizdə əmək pensiyaçılarının sayı 1 oktyabr 2017-ci il tarixinə cari ilin əvvəli ilə müqayisədə 14 771 nəfər və ya 1,1% artaraq (o cümlədən yaşa görə 7043 nəfər, ailə başçısını itirməyə görə 1418 nəfər, əlilliyə görə isə 6310 nəfər) 1 mln. 330 min nəfər təşkil edib.
Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4%-lik artım tətbiq olunmaqla bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib. Ümumilikdə cari ildə də pensiyalarda artım dinamikası davam edib və əmək pensiyalarının orta aylıq məbləği 2017-ci il 1 oktyabr tarixinə 204 manata çatıb. O cümlədən ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əmək haqlarının orta aylıq məbləğinə nisbəti 43,6% olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.
Fərdi uçot sistemi ilə əhatə olunanların sayında da növbəti artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında bu sistemdə əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47% çoxdur. Beləliklə, 1 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 mln. 316 min 678 nəfər) ilə müqayisədə 211 792 nəfər və ya 6,39% artaraq 3 mln. 528 min 470 nəfərə çatıb.
Sosial sığorta sahəsində iş mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamı olaraq, cari ilin 1 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb. Bu tədbir sığortaedənlər tərəfindən hesabatların sayının azaldılmasına və onların təqdim edilməsi prosesinin sadələşdirilməsinə şərait yaradıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 14 d. əvvəl
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
6 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Azərbaycan neftinin son qiyməti
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Ən çox oxunanlar
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi





















