Birinci vitse-prezident 210 mənzili köçkünlərə təqdim etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verib.
Bildirillib ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.
Mehriban Əliyeva bildirib ki, 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Münaqişə nəticəsində soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev istər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda bu münaqişə barədə məlumat verir. Bu məsələyə dünyada olan ikili standartlar barədə danışan Birinci vitse-prezident qeyd etdi ki, insan hüquqları təşkilatları 1 milyondan çox qaçqın və məcburi köçkünün haqlarının pozulması ilə bağlı məsələnin həllində səylər göstərmir.
Mehriban xanım Əliyeva dövlətimizin bu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər gördüyünü, onların yeni mənzillərə köçürüldüyünü, iş yerləri ilə təmin olunduqlarını qeyd edib. Vurğulayıb ki, indiki mərhələdə uyğunlaşdırılmış binalarda, ilk növbədə isə qəzalı vəziyyətdə olan evlərdə yaşayan bu cür insanların mənzil məsələlərinin həlli diqqət mərkəzindədir və gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.
“Azərbaycan qüdrətli və müstəqil dövlətdir. İnkişaf təkcə Bakıda deyil, ölkəmizin hər yerində təmin olunub”, - deyən Birinci vitse-prezident son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən, regionlarda həyata keçirilən sosial layihələrdən, idman sahəsində əldə edilən uğurlardan, birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsindən də danışdı. Bildirdi ki, Prezident İlham Əliyev üçün Azərbaycanın və xalqımızın maraqları hər şeydən üstündür.
Mehriban Əliyeva Azərbaycanın bu gün inkişaf və tərəqqi yolu ilə getdiyini vurğulayıb.
Laçın rayonundan olan məcburi köçkünlər Ağa Əhmədov və Kəmalə Quliyeva, Ağdam rayonundan olan məcburi köçkün Aysel Bəşirova onlara göstərilən dövlət qayğısını qeyd etdilər, Birinci vitse-prezident Mehriban Əliyevaya bu cür layihələrin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildirdilər.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki, dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində olub.
İnnaf Nəcəfova onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Mehriban Əliyeva bu kateqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da tədbirlərin davam etdiriləcəyini deyib, dövlətimizin başçısının müdrik siyasəti ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
33 d. əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 40 d. əvvəl
- 50 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
4 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
4 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Ən çox oxunanlar
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)









.jpg)




