Dövlət istiqrazlarının gəlirliliyi nə üçün aşağı düşür?
Son aylar Bakı Fond Birjasında (BFB) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərraclarda istiqrazlar üzrə gəlirliliyin aşağı düşdüyü müşahidə edilir. Bir çox oxucular gəlirliliyin aşağı düşməsinin səbəbləri ilə maraqlanırlar.
Hazırda dövlət istiqrazlarının gəlirliyinə təsir edən əsas amil sifarişlərin sayının çox olmasıdır. Sadə şəkildə desək, istiqraz almaq istəyən çoxdur, yeganə satıcı isə Maliyyə Nazirliyidir.
Elə sonuncu dəfə Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərracda 9 investor tərəfindən qiyməti intervalı 98.0656 AZN (7.9998%) və 98.9025 AZN (4.5003%) olan 20 sifariş təqdim edilmişdir. Göründüyü kimi, istirazları aşağı faizlə də əldə etmək istəyən investorlar mövcuddur. Belə olan halda Maliyyə Nazirliyi daha aşağı faizlərə razı olan investorlara üstünlük verir və nəticədə də gəlirlilik aşağı düşür. Qeyd olunan hərracda Maliyyə Nazirliyi tərəfindən istiqrazların kəsmə qiyməti 98.9025 AZN (4.5003%), orta ölçülmüş qiyməti 98.9025 AZN (4.5003%) müəyyən edilmişdir.
İNDİ SON SÖZÜ MALİYYƏ NAZİRLİYİ DEYİR
Əksər bazarlarda olduğu kimi, qiymətli kağızlar bazarında da qiymət rəqabət əsasında formalaşır. Alıcı çox (investorlar), satıcı isə bir nəfər (Maliyyə Nazirliyi) olduğundan son söz satıcının olur. Əgər alıcılar və onların sifarişləri azalarsa, bu zaman Maliyyə Nazirliyi dövlət istiqrazlarını yerləşdirmək üçün faizləri qaldıra bilər. Çünki dövlətin təcili vəsitə ehtiyacı olur, yüksək faizlə də olsa pul cəlb edilməlidir. Hələlik, belə vəziyyət formalaşmayıb. Banklarda və sığorta şirkətlərində Manatda kifayət qədər izafi vəsait mövcuddur. Maliyyə təşkilatları bu vəsaitləri hesablarda yatızdırmaqdansa, aşağı gəlirlə də olsa dövlət istiqrazlarına yönəldirlər. Maliyyə Nazirliyi də “ucuz pul” imkanından yaxşı faydalanır.
İNVESTORLAR ÜÇÜN ALTERNATİV SEÇİM AZDIR
Maliyyə Nazirliyinin təklif etdiyi faizlər indi elə də yüksək deyil. İnvestorların sayının və sifarişlərinin yüksək olmasının digər bir səbəbi alternativ seçimlərin azlığıdır. Vəsaiti sərmayə etmək üçün rəqib qiymətli kağızlar çox azdır. İnvestorların depozit hərraclarında iştirak etmək, notlar və dövlət istiqrazları almaqdan başqa çox seçiməri yoxdur. Əgər dövlət istiqrazlarına rəqib qiymətli kağızlar olarsa, bu zaman invstorlar həmin qiymətli kağızlara yönələr və nəticədə də Maliyyə Nazirliyi qaçan investorları özünə cəlb etmək üçün faizi artırar. İndi isə Maliyyə Nazirliyinin buna ehtiyacı yoxdur, qeyd etdiyimiz kimi, əlində pulu olan və bulu investisiya etməyə alət tapmayan alıcı çoxdur.
Üstəlik də, dövlət istiqrazları çox az riskli investisiya alətidir. Sifarişlərin yüksək olmasının digər bir səbəbi də budur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
10 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
11 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
11 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!





















