"Subay və evlilərin ilk qazancından vergi alınmayacaq"
ABŞ Prezidentiı Donald Trump, öz seçki kampaniyasının əhəmiyyətli vədlərindən biri olan və hökumətin Çərşənbə günü açıqladığı yeni vergi islahatı təklifi haqqında açıqlamalar verib (Ətraflı: http://marja.az/news/13646).
"Marja" xəbər verir ki, Trump, İndiana ştatında etdiyi çıxışında, ölkədə şirkətlər üçün vergisi nisbətini 35%-dən 20%-ə salacaq islahat təklifinin ABŞ-lı şirkətlərə üstünlük təmin edəcəyini bildirib.
Trump, 20%-lik nisbətin digər sənayeləşmiş ölkələrindəki vergilə müqayisədə daha aşağı olduğuna işarə çəkərək, ABŞ bazarının xarici şirkətləri çəlb edəcəyini vurğulayıb.
Yeni vergi islahatı təklifinin ABŞ-dakı aşağı gəlirlilər və orta sinifdə iştirak edənlər üçün əhəmiyyətli olduğunu vurğulayan Trump, "Subay bir fərdin ilk 12 min dollarlıq qazancından, evli cütlərin də ilk 24 min dollarlıq qazancından heç vergi alınmayacaq" ifadəsini istifadə edib.
Trump, təklif ilə ABŞ-ın qarışıq olan vergi sisteminin daha sadə və ədalətli hala gətiriləcəyini qeyd edərək, "Hazırda amerikalıların təxminən 90%-i vergi bəyannamələrini hazırlamaq üçün başqalarından kömək almaq məcburiyyətində qalır. HalbukiŞ fərdlər artıq vergi bəyannamələrini tək bir səhifəyə sığdıra biləcək. Bu çox əhəmiyyətlidir",- deyə bildirib.
ABŞ iqtisadiyyatının vəziyyəti haqqında da danışan Trump, bu ilin ikinci rübündəki 3%-lik artım nisbətinin əhəmiyyətli olduğunu vurğulayıb.
Trump, ABŞ-da işsizlik nisbətinin son 16 ilin ən aşağı səviyyəsində olduğuna işarə edərək, ölkəyə mənfi təsir edən qasırğalardan ötəri bu ilin ikinci yarısında iqtisadi inkişaf nisbətinin 3%-dən aşağı düşə biləcəyini sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)








