Tramp: İran neftinin ən böyük alıcısı olan Çin ABŞ neftini almağa razılaşdı
ABŞ Prezidenti Donald Tramp Çinin Amerika neftini almağa razılaşdığını bildirib.ABŞ Prezidenti Donald Trump Çinin Amerika neftini almağa razılaşdığını bildirib.
Marja xəbər verir ki, Tramp Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) ilə Pekində keçirdiyi görüşdən sonra "Fox News" müsahibə verib.
Tramp deyib: “ABŞ-dan neft almaq istədiklərini qəbul etdilər. Texasa gedəcəklər. Çin gəmilərini Texas, Luiziana və Alaskaya göndərməyə başlayacağıq”.
Tramp Çinin İranla bağlı danışıqlarda kömək etməyə və Tehrana hərbi texnika və avadanlıqlar verməməyə razılaşdığını bildirib. O əlavə edib ki, Çin lideri Hörmüz boğazının açıq qalmasını və keçid rüsumlarından azad olmasını istəyir.
Hazırda Çin İran neftinin ən böyük alıcısıdır.
ABŞ hökumətinin məlumatına görə, Çin 2025-ci ildə İranın gündəlik təxminən 1,4 milyon barrel həcmində olan neft ixracının 90 faizini alıb.
Digər tərəfdən, ABŞ-ın Çinə xam neft və neft məhsulları ixracı ardıcıl ikinci ildə də azalıb. Ötən il ümumi ixrac 25 faiz azalaraq 237,8 milyon barrelə düşüb. Xüsusilə xam neft ixracı 2023-cü illə müqayisədə 95 faiz kəskin azalaraq 2025-ci ildə təxminən 8,4 milyon barrel səviyyəsinə geriləyib.
Çin Xarici İşlər Nazirliyi isə cümə günü yaydığı açıqlamada bildirib ki, iki lider cümə axşamı keçirilən görüşdə “bir sıra yeni razılaşmalar” əldə ediblər. Açıqlamada qeyd olunub ki, iki ölkə münasibətlərində növbəti üç il və daha sonrakı dövr üçün “konstruktiv və strateji sabitlik” təmin olunması barədə razılığa gəlinib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 6 d. əvvəl
-
17 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
34 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib































