Turistlərin ən çox pul xərclədiyi şəhər
“Mastercard Global Destinations Cities Index” reytinq agentliyinin illik araşdırmaların yekunlarına görə Dubay səyahət üçün ən populyar istiqamətlər arasında dünyada dördüncü yeri tutur.
“Emirates Business” nəşri bildirir ki, həmin araşdırmaların nəticələrinə görə reytinqdə ilk üçlüyə Banqkok, London və Paris şəhərləri daxildir.
Dubay həm də turistlərin ən çox pul xərclədiyi şəhər hesab edilib. 2016-cı ildə əcnəbi turistlər Dubayda 28,5 milyard dollar xərcləyiblər.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi 2009-cu ildən 2016-cı ilə qədər Yaxın Şərqdə və Afrikada ən sürətlə inkişaf edən şəhər mövqeyini saxlayıb və dünyada turistlərin sayının ən sürətlə artdığı dördüncü şəhər hesab edilib. Həmin dövrdə Abu-Dabidəki gələnlərin sayı orta hesabla hər il 18,9 faiz artıb.
“Mastercard” reytinq agentliyi bildirir ki, keçən il Dubaya 14,87 milyon əcnəbi səfər edib. Bu il həmin göstəricinin 7,7 faiz artacağı ehtimal edilir. Cari ildə bu göstərici üzrə lider olan on şəhər arasında Dubaydan daha çox artım yalnız Tokioda gözlənilir.
“Mastercard” agentliyinin Yaxın Şərq və Şimali Afrika bölməsinin prezidenti Xalid Elqibari bildirib ki, indeks cədvəlində Dubayın 9-cu yerdə qərarlaşması bu şəhərin dünyada turizm və ticarət sahəsində aparıcı istiqamət kimi mövqeyini təsdiq edir və dünya xəritəsində onun bütün müsafirlər üçün - yaşından, milliyyətindən asılı olmayaraq - çox cəlbedici məkan kimi mövqeyini möhkəmlədir.
Turizm və kommersiya marketinqi departamentinin baş direktoru İssak Kazım əlavə edib ki, turizmin inkişafı Əmirliyin əsas iqtisadi prioritetləri sırasına daxildir və bu şəhərin yüksək reytinqləri hökumət ilə özəl sektor arasında tərəfdaşlıq münasibətlərinin artımın stimullaşdırılmasında səmərəli olmasını təsdiq edir.
Onun sözlərinə görə, Dubay həm biznesmenlərin, həm də turistlərin dəfələrlə səfər etməsinə layiq olan bir məkandır, 2016-cı ildə “IMG Worlds of Adventure”, “Dubai Parks and Resorts” və “Dubai Opera” kimi dünya səviyyəli obyektlərin açılması isə bütün səyahətçilər üçün təklif imkanlarını genişləndirib.
© zərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 18 d. əvvəl
-
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı


















