Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
(®) Qafqazın bankçılıq, ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal inteqrasiya olunmuş ekosistemi olan Bir, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə təmassız əsaslı ödəniş (NFC) imkanını istifadəyə verib.
Yenilik Bakı və Abşeron ərazisində, həmçinin Xankəndi şəhərində fəaliyyət göstərən avtobus marşrutlarına, eyni zamanda Bakı metropoliteninə şamil edilir. Belə ki, artıq ölkəmizə gələn qonaqlar ictimai nəqliyyatda təmassız xarici bank kartları ilə birbaşa “tap & pay” (“toxun və ödə”) texnologiyası vasitəsilə ödəniş edə bilərlər. Bu həll yerli nəqliyyat kartlarına ehtiyacı, nağd valyuta mübadiləsini və əlavə qeydiyyat prosedurlarını tam şəkildə aradan qaldırır.
Nəqliyyatda ödəniş rahatlığı yeni mərhələyə keçdi
Müasir şəhərlərdə inteqrasiya olunmuş ödəniş sistemləri artıq yalnız rahatlıq elementi deyil, eyni zamanda əlçatanlıq, səmərəlilik və inklüzivliyi təmin edən fundamental infrastruktur komponentidir.
Bir ekosistemi Azərbaycanda daha ağıllı mobillik modelinin formalaşmasına töhfə verərək, “K Group” MMC (BakıKart) ilə strateji əməkdaşlıq çərçivəsində m10 rəqəmsal pul kisəsi vasitəsilə ölkədə ilk QR əsaslı ictimai nəqliyyat ödənişlərini tətbiq edərək, gündəlik hərəkətliliyə çeviklik və sürət qazandırıb.
Təqdim olunan xidməti daha da gücləndirərək, Birbank vasitəsilə mobillik strategiyasını genişləndirən Bir, Bakı metropoliteni və avtobuslarda NFC ödənişlərini aktivləşdirərək tam təmassız ictimai nəqliyyat təcrübəsini formalaşdırıb.
Bu sistemin əsas xüsusiyyəti onun qapalı ekosistem deyil, açıq infrastruktur modeli kimi dizayn olunmasıdır. Xidmət Birbank kartları ilə yanaşı, digər yerli bank kartlarını da əhatə edərək, şəhər miqyasında tam rəqəmsal ödəniş mühiti formalaşdırıb.
Sonuncu təqdim olunan yenilik – xarici bank kartları üçün NFC ödənişlərinin genişləndirilməsi isə bu strategiyanın növbəti mərhələsini təşkil edərək, xidməti yerli miqyasdan qlobal istifadə imkanlarına açır.
Bu, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verərək, fintek texnologiyalarının ictimai infrastrukturu gücləndirməklə şəhər mobilliyini yeni səviyyəyə yüksəltməsinin göstəricisidir.
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı



















