“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
2025-ci ili 39 milyon manatdan çox xalis mənfəətlə başa vurmuş “PAŞA Sığorta” bu tendensiyanı 2026-cı ildə də davam etdirir.
Şirkət bu ilin I rübündə 8,5 milyon manat xalis mənfəət əldə edib.
Yanvar-mart aylarında “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% çox – 88,6 milyon manat təşkil edib. O cümlədən, şirkətin təkcə əsas əməliyyat gəlirləri 1 il əvvələ nisbətən 6,7% çox – 122,8 milyon manat olub ki, bu da xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranan zərəri 3 qat kompensasiya etməyə imkan verib. Hesabat dövründə sığortaçının investisiya gəlirləri 25,1% artaraq 5,2 milyon manata, digər gəlirləri isə 48,3% artaraq 0,8 milyon manata çatıb.
Şirkətdə müştəriyönümlülük güclənməkdədir
“PAŞA Sığorta” 3 ay ərzində 122,3 milyon manat sığorta haqqı toplayıb, 34,4 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 6,5% və 24,1% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini təxminən 4 dəfə üstələyib, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün güclənməsindən xəbər verir.
“PAŞA Sığorta”nın rüblük yığımlarının 48,6%-i və yaxud 59,4 milyon manatı tibbi sığortanın hesabına formalaşıb. Şirkət hazırda könüllü tibbi sığorta bazarının təxminə 2/3-nə nəzarət edir. Bu da təbiidir. Çünki, əksər dövlət və özəl qurumlar əməkdaşlarının könüllü tibbi sığortalanmasını məhz “PAŞA Sığorta”ya etibar edir.
Bununla yanaşı, şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında, eləcə də əmlakın yanğından və digər risklərdən sığortasında böyük pay sahibidir. Yanvar-mart aylarında bu sığorta növləri üzrə yığımlar müvafiq olaraq 21,8 milyon manat və 15 milyon manat təşkil edib.
İnvestisiya portfelinin dəyəri 250 milyon manatı keçib
Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 9%-ə yaxın artım nümayiş etdirərək bu il aprelin 1-nə 250,65 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 123,5 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,8 dəfə artıb. Depozitlərin rüblük gəlirliliyi isə 3,2 dəfə artımla 2,9 milyon manata yüksəlib. Hesabat tarixinə sığortaçı həmçinin 102,4 milyon manat dəyərində istiqrazlara, cümlədən 98,1 milyon manatlıq dövlət və 4,3 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 24,8 milyon manat təşkil edib.
Aktivləri yarım milyard manata çatıb
2026-cı il martın sonuna “PAŞA Sığorta” 497,1 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 27,6% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 119,4 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il martın sonu ilə müqayisədə 2,9 dəfə artım deməkdir.
Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38,9% artımla bu il aprelin 1-nə 393,4 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 46,55% çox – 343,8 milyon manat olub.
Sığortaçının balans kapitalı 103,7 milyon manat, o cümlədən nizamnamə kapitalı 50 milyon manat təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunan kapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞA Sığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 9 saat əvvəl
-
10 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
10 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
11 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
11 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
11 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























