Birjanın sədri: "Bəzi telekommunikasiya,istehsal və tikinti şirkətləri yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər"
"Azərbaycan kapital bazarının mövcud vəziyyətinə nəzər salsaq, listinqdə olan şirkətlərin bazar kapitallaşmasının ümumi daxili məhsula (ÜDM-ə) nisbəti hələ də aşağı səviyyədədir — təxminən 3% ətrafında. Müqayisə üçün qeyd edim ki, bir çox inkişaf edən ölkələrdə bu göstərici xeyli yüksəkdir və bu sahədə ciddi inkişaf potensialımız mövcuddur."
Marja.az-ın məlumatına görə, bunu "PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verilməsi tədbirində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirirb.
Birjanın sədri ""PAŞA Bank"ın IPO-su nəticəsində bu göstəricinin təxminən 4%-ə yaxınlaşacağı gözlənilir. Bu isə bazarın dərinləşməsi və genişlənməsi baxımından əhəmiyyətli irəliləyişdir" deyərək çıxışına belə davam edib:
"Biz, bazar iştirakçıları olaraq, maliyyə, telekommunikasiya, tikinti və istehsalat sektorlarında fəaliyyət göstərən şirkətlərlə davamlı əlaqədəyik və IPO-nun üstünlüklərini izah edirik. Açıq bazarlardan kapital cəlb edilməsi şirkətlər üçün daha yüksək qiymətləndirmə, şəffaflıq və uzunmüddətli inkişaf imkanları yaradır.
Qeyd etmək vacibdir ki, "PAŞA Bank"ın bu addımı kapital ehtiyacından deyil, daha çox kapital bazarlarının inkişafına töhfə vermək məqsədi daşıyır. Bu isə bazar üçün çox müsbət siqnaldır.
İnanırıq ki, bu təşəbbüs digər şirkətlər üçün də stimul olacaq və yaxın illərdə müxtəlif sektorlardan yeni IPO-ların şahidi olacağıq.
Bugün bazarda özünü daha açıq şəkildə göstərmək və inkişafını yeni mərhələyə daşımaq üçün atılan bu addım, şübhəsiz ki, yüksək qiymətləndirilməli bir hadisədir.
İnanıram ki, "PAŞA Bank"ın bu təşəbbüsü digər sektorlar üçün də nümunə olacaq. Biz düşünürük ki, maliyyə sektorunun digər iştirakçıları, telekommunikasiya, istehsalat və tikinti sahələrində fəaliyyət göstərən bəzi şirkətlər yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər. Bu addım həmin şirkətlər üçün əlavə stimul rolunu oynayacaq və onların kapital bazarlarının imkanlarından daha geniş istifadə etməsinə şərait yaradacaq.
Çıxışımın sonunda bir daha qeyd etmək istərdim ki, bu təşəbbüsün davamlı olması və digər şirkətlərin də bu prosesə qoşulması ümumi bazarın inkişafına mühüm töhfə verəcək".
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
8 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
13 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
13 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb





















