Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
ABŞ Prezidenti Donald Trump, İrandakı hərbi hədəflərini böyük ölçüdə tamamladıqlarını və tezliklə prosesi “bitirəcəklərini” bildirərək, “Amerikanın (İrandakı) bütün hərbi hədəflərini çox qısa müddət ərzində tamamlamaq yolundayıq, lakin qarşıdakı 2–3 həftə ərzində onlara çox sərt bir zərbə endirəcəyik” deyib.ABŞ Prezidenti Donald Trump, İrandakı hərbi hədəflərini böyük nisbətdə tamamladıqlarını və tezliklə prosesi “bitirəcəklərini” bildirərək, “Amerikanın (İrandakı) bütün hərbi hədəflərini çox qısa müddət ərzində tamamlamaq yolundayıq, lakin qarşıdakı 2–3 həftə ərzində onlara çox sərt bir zərbə endirəcəyik” deyib.
Marja xəbər verir ki, Tramp, Ağ Evdə etdiyi Xalqa müraciət çıxışında İran gündəmi ilə bağlı son vəziyyəti dəyərləndirib.
ABŞ olaraq İrana qarşı əməliyyatı başladarkən qoyduqları hədəflərin çoxuna çatdıqlarını vurğulayan Tramp, yaxın zamanda hücumlarını tamamlayacaqları mesajını verib.
Tramp, “Bu axşam (İranda) əsas strateji hədəfləri tamamlamağa yaxınlaşdığımızı qeyd etmək istəyirəm. Amerikanın bütün hərbi hədəflərini çox qısa müddət ərzində tamamlamaq yolundayıq, lakin qarşıdakı 2–3 həftə ərzində onlara çox sərt bir zərbə endirəcəyik", - deyib.
“Bu hücumlarla İranı Daş dövrünə geri göndərəcəyik”
ABŞ Prezidenti bu hücumlarla İranı aid olduqları yer olan “Daş dövrünə” geri göndərəcəklərini ifadə edib.
ABŞ-ın xüsusilə İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreynə təşəkkür borclu olduğunu və bu ölkələrə müdafiə dəstəyi verməyə davam edəcəklərini deyən Tramp, “Bu işi çox sürətli şəkildə bitirəcəyik. Sona çox yaxınlaşdıq.” ifadələrini işlədib.
Razılaşma olmazsa elektrik stansiyalarını vurarıq
Tramp, İrandakı məqsədlərinin heç vaxt rejim dəyişikliyi olmadığını, lakin rəhbərlikdəki şəxslərin öldürülməsi ilə bir növ “rejim dəyişikliyi” yaşandığını iddia edərək, “Əgər bu müddət ərzində bir razılaşma əldə olunmazsa, elektrik stansiyalarının hər birini vuracağıq.” deyib.
ABŞ Prezidenti, İranın neft obyektlərini isə “bu ölkə xalqına bir şans vermək” istədikləri üçün vurmayacaqlarını bildirib.
NATO ölkələrinə Hörmüz boğazı mesajı
ABŞ olaraq onların Hörmüz boğazından keçən neftə heç bir şəkildə ehtiyaclarının olmadığını xatırladan Tramp, “Buna ehtiyacımız yoxdur. Hörmüz boğazı üzərindən neft alan ölkələr o keçidi qorumaqla məsuldurlar. Onu ələ keçirməli və dəyərini bilməlidirlər. Bunu asanlıqla edə bilərlər" deyib.
Tramp, ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanının cəmindən daha çox neftə sahib olduğunu və Yaxın Şərqdəki neftə ehtiyacının qalmadığını iddia edib.
ABŞ-ın İran ordusuna böyük zərər verdiyini irəli sürən Tramp, NATO ölkələrinin “asanlıqla” Hörmüz boğazını “nəzarət altına” ala biləcəyini iddia edib. “Bunu daha əvvəl etməli idiniz. Boğaza gedin və oranı alın, özünüz üçün istifadə edin” - deyən Tramp, ABŞ olaraq lazım gələrsə kömək edəcəklərini də qeyd edib.
Venesuelaya hərbi müdaxilədən sonra bu ölkədən gələn neftlə birlikdə ABŞ-ın Yaxın Şərqdən “tamamilə müstəqil” hala gəldiyini iddia edən Tramp, “Orada olmaq məcburiyyətində deyilik. Onların neftinə ehtiyacımız yoxdur. Müttəfiqlərimizə kömək etmək üçün oradayıq.” ifadələrini işlədib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
3 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
















.jpg)

