Hacıqabul rayonunda ilk dəfə Quşçuluq Festivalı keçirilib
Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib.
Festival Hacıqabul Rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir.
Festivalda ilk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, Prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən ibarət videoçarx təqdim edilib.
Festivalın açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qonaqları və rayon ictimaiyyətinin nümayəndələrini bayram münasibətilə təbrik edib, gündən-günə inkişaf edən ölkəmizə firavan həyat arzulayıb. O ilk dəfə rayonda keçirilən Quşçuluq Festivalının əhəmiyyətinə toxunub.
Məlumat verilib ki, Quşçuluq Festivalının keçirilməsi rayonun həm iqtisadi həm də turizm baxımından daha mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, quşçuluq sənayesi kənd təsərrüfatının mühüm sahələrindən biri olub, əhalinin ərzaq təminatında, xüsusilə ət və yumurta istehsalında böyük rol oynayır. Bu sahənin inkişafı həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir. Bu sahənin inkişafında dövlət dəstəyi də mühüm rol oynayır. Subsidiyalar, güzəştli kreditlər və baytarlıq xidmətlərinin yaxşılaşdırılması quşçuluq təsərrüfatlarının genişlənməsinə şərait yaradır. Eyni zamanda, idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılması iqtisadi sabitliyə xidmət edir.
Sonra çıxış edən Milli Məclisin vitse-spikeri Rafael Hüseynov festivalın ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığını ifadə edib. Bildirib ki, Hacıqabul rayonunda fəaliyyət göstərən "Hacıqabul Quşçuluq Şirkəti" bu il 50 illik yubileyini qeyd edir. Məhz bu festivalın keçirilməsinin tarixi əsası var. Bugünü bayram edən digər şərt ondan ibarətdir ki, 1976-cı ildə Hacıqabul torpağında quşçuluq fabrikinin əsası qoyuldu. Bu fabrikin yaradıcısı Adışirin Babaşovu çox minnətdar duyğularla anırıq. Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində fabrikin daha yüksəlişləri baş vermişdir. Hazırda fabrik tam gücü ilə öz fəaliyyətini davam etdirir. Yumurta istehsalı sahəsində Hacıqabul rayonu ölkə üzrə ən qabaqcıq yeri tutur.
Daha sonra millət vəkilləri Tahir Rzayev, Razi Nurullayev, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli birinci Quşçuluq festivalının keçirilməsinin əhəmiyyətindən danışaraq rayon sakinlərini təbrik ediblər.
Festival çərçivəsində Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyətində 20 ildən artıq çalışan əməkdaşlar təltif ediliblər.
Daha sonra xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilib, ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olunub.
Festival çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər. Tədbirdə həmçinin rayon məktəblilərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri təqdim edilib, tanınmış estrada müğənniləri çıxış ediblər.
Festivalda həmçinin rayon sakinləri üçün iftar süfrəsi açılıb, müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.
Qeyd edək ki, Hacıqabul rayonunun ev sahibliyi etdiyi bu festival Novruz bayramının ruhunu əks etdirən zəngin proqramı, yüksək iştirakçılığı və rəngarəngliyi ilə yadda qaldı. İştirakçılar festivalın təşkilatçılığına görə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin milli mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Festivalın sonunda atəşfəşanlıq olub, bayram tonqalı ətrafında birlik rəmzi olan “Yallı” rəqsi ilə başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 d. sonra
-
-
13 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
13 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
14 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
15 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
15 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
























