Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim edib
(®) Barselonada keçirilən Mobile World Congress (MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini bir araya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsir edən əsas mövzuların müzakirəsi, innovativ texnoloji həllərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.
MWC Barcelona 2026 çərçivəsində keçirilən sessiyalarda inklüziv biznes yanaşmaları və gənclərin rəqəmsal rifahı kimi aktual mövzular diqqət mərkəzində olub.
Konqresdə çıxış edən “Azercell Telekom” MMC-nin İnsan Kapitalı üzrə Baş direktoru Dilarə Hüseynova texnologiya sektorunda daha inklüziv mühitin formalaşdırılmasının xüsusi əhəmiyyətini vurğulayıb: “Azərbaycanın rəqəmsal transformasiyasında aparıcı rol oynayan şirkət olaraq gender inklüzivliyi bizim strateji prioritetlərimizin əsas istiqamətlərindən biridir”.
D. Hüseynova Azercell-in yeni nəsil qadın İKT mütəxəssislərinin və texnologiya sektorunda qadın liderlərinin yetişdirilməsinə yönəlmiş təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, şirkət bu istiqamətdə müxtəlif mərhələləri əhatə edən sistemli yanaşma tətbiq edir və qızların texnologiya sahəsinə marağının erkən yaşlardan formalaşdırılmasına xüsusi önəm verir.
D. Hüseynova şirkətin həyata keçirdiyi bir sıra sosial layihələr barədə iştirakçıları məlumatlandıraraq, bu sahədə əldə olunan geniş təcrübəni bölüşüb. Azercell-in qızlardan ibarət milli komandanın Beynəlxalq İnformatika Olimpiadalarına hazırlığına verdiyi dəstək və “Uğur qızlarımızındır” təşəbbüsü xüsusi maraqla qarşılanıb. Eyni zamanda, qadınların rəqəmsal və biznes bacarıqlarının gücləndirilməsinə yönəlmiş “Qadınlara dəstək” sosial layihəsi çərçivəsində qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıq da iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.
Qeyd edək ki, “Azercell Telekom” MMC Beynəlxalq GSM Assosiasiyasının (GSMA) üzvüdür və təşkilatla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Şirkət GSMA və rəqəmsal dövrdə gender bərabərliyinin təşviqinə yönəlmiş EQUALS Gender İnklüzivlik İndeksinin pilot mərhələsində iştirak edərək həyata keçməsinə öz töhfəsini verib. Bu təşəbbüs texnologiya sektorunda inklüzivliyin təşviqinə, sənayedə mövcud stereotiplərlə mübarizəyə və daha inklüziv yanaşmaların formalaşdırılmasına yönəlib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























