723 milyon manata yaxın kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 721 milyon 800 min manatdan artıq kompensasiya ödənilmişdir.
Fond tərəfindən 09 yanvar 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 083 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96,6%-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon 291 min manatdan artıq kompensasiya ödənilmişdir.
09 yanvar 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilmişdir.
09 yanvar 2017-ci il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 276 min manatdan artıq kompensasiya ödənilmişdir.
09 yanvar 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 433 milyon 988 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4 %-i əmanətçilərə ödənilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 18 d. əvvəl
-
- 34 d. əvvəl
-
35 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
46 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
Ən çox oxunanlar
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb

















.jpg)



