Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb

Dubayın ən böyük liman operatorunun CEO-su, keçmiş cinsi cinayətkar Jeffrey Epstein ilə münasibətləri barədə məlumatlar açıqlanandan sonra şirkət tərəfindən vəzifəsindən azad edilib. Cümə günü DP World yaydığı açıqlamada Essa Kazimin idarə heyətinin sədri, Yuvraj Narayanın isə qrup Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin olunduğunu və Sultan Ahmed bin Sulayemin yerini tutduğunu bildirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dubayın ən böyük liman operatoru olan "DP World"ın rəhbərliyində dəyişiklik edilib.

Marja.az xəbər verir ki, Şirkət, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan Epştein sənədlərində İdarə Heyətinin sədri və İcraçı direktoru (CEO) Sultan Ahmed bin Sulayem-in adının çəkilməsindən sonra vəzifə dəyişikliyinə getdiyini açıqlayıb.

Essa Kazim-in Qrupun İdarə heyətinin sədri, Yuvraj Narayan-ın isə qrupun Baş icraçı direktoru (CEO) təyin edildiyi bildirilib.

ABŞ Ədliyyə Nazirliyinin Epştein işi ilə bağlı son yayımladığı sənədlərdə, Jeffrey Epstein-ın Sultan Ahmed bin Sulayem-i bir dəfə “yaxın şəxsi dost” kimi xarakterizə etdiyi ortaya çıxıb. Digər bəzi sənədlərdə isə Sulayem-in Epştein tərəfindən “ən güvəndiyi dostlardan biri” kimi təsvir edildiyi görülüb.

"DP World" qlobal liman və logistika əməliyyatlarını həyata keçirən ən böyük şirkətlər arasında yer alır.

Sulayem 2007-ci ildən Dubayın ən böyük liman operatorunun sədri, 2016-cı ildən isə CEO-su olub.

Şirkət açıqlamasında Sulayemdən söz açmasa da, yeni təyinatların davamlı böyümə strategiyasını dəstəklədiyini və qlobal təchizat zəncirlərini gücləndirməkdə, Dubayın ticarət və logistika mərkəzi kimi rolunu möhkəmləndirməkdə şirkətə yardım edəcəyini vurğulayıb.

Kazim son olaraq Dubayın maliyyə mərkəzi olan DIFC-də çalışıb. Narayan isə 2005-ci ildən DP World-də müavin və CFO vəzifələrində çalışıb.

Sulayem Dubayın ən tanınmış iş adamlarından biridir.

İş elanları AzVak.az-da

13.02.2026 16:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18