Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Ölkənin aparıcı banklarından olan Xalq Bank 2025-ci ili 61 milyon manat mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, il ərzində əsas maliyyə göstəricilərində artım nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 4% artaraq hesabat dövrünün sonuna 3 milyard 184 milyon manat təşkil etmişdir.
2025-ci ilin sonunda Bankın kredit portfelinin həcmi 1 milyard 912 milyon manat təşkil etmiş, depozit portfelinin həcmi 2024-cü ilin sonu ilə müqayisədə 7% artaraq 2 milyard 97 milyon manat təşkil etmişdir.
Bankın cəmi kapitalı artaraq 542.5 milyon manata çatmışdır ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 6% çoxdur.
Qeyd edilib ki, Xalq Bankın faiz gəlirləri 2025-ci ildə 2024-cü illə müqayisədə 24 % artaraq 228,6 milyon manata, qeyri-faiz gəlirləri isə 22% artaraq 52,3 milyon manata yüksəlib.
2025-ci ildə Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib. Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.
2025-ci il ərzində Bank maliyyə dayanıqlığının gücləndirilməsi, kapital bazarlarına çıxışın genişləndirilməsi və sosial-mədəni təşəbbüslər üzrə fəaliyyətini genişləndirmişdir.
Xalq Bank ölkədə investisiya xidmətləri üzrə lisenziya alan ilk bank olaraq kapital bazarlarında iştirakını genişləndirmiş, Milli Depozit Mərkəzinə və Bakı Fond Birjasına üzv olmaqla qiymətli kağızların emissiyası və dövriyyəsində birbaşa iştirak edən aparıcı maliyyə institutlarından birinə çevrilmişdir. 2025-ci ilin dekabr ayında Xalq Bank istiqraz buraxılışını həyata keçirərək investorlar üçün yeni investisiya imkanları yaratmışdır.
Eyni zamanda, Bank 2025-ci ildə nizamnamə kapitalını 446.6 milyon manata artırmaqla özünün maliyyə dayanıqlığını möhkəmləndirmişdir.
Xalq Bank 2025-ci ildə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini genişləndirmiş, törəmə maliyyə alətləri üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə Xalq Bank və “Commerzbank AG” arasında beynəlxalq təcrübəyə əsaslanan və bazar üçün mühüm əhəmiyyət daşıyan ISDA razılaşması əldə edilmişdir.
2025-ci ildə XalqOnline internet və mobil bankçılıq sistemində SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası bank əməliyyatlarının daha təhlükəsiz, sürətli və rahat həyata keçirilməsinə imkan yaratmış, müştərilərin məsafədən bankçılıq xidmətlərinə çıxışını daha da genişləndirmişdir.
Ötən il ərzində sosial-mədəni təşəbbüslər çərçivəsində Xalq Bankın “Xalq Əmanəti” layihəsi üzrə 2 nəşri təqdim edilmişdir. Layihənin 25-ci buraxılışı Güney Azərbaycan poeziyasına, 26-cı nəşri isə Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii alboma həsr olunmuşdur. Bu kitablar layihə çərçivəsində nəşr olunmuş digər nüsxələr kimi milli-mədəni irsin qorunmasına töhfə vermişdir.
2025-ci ildə Xalq Bank idman və ictimai tərəfdaşlıqlar üzrə fəaliyyətini genişləndirmiş, Azərbaycan Boks Federasiyasına üzv olaraq sağlam həyat tərzinin təşviqi və idman infrastrukturunun inkişafına dəstəyini nümayiş etdirmişdir. Həmçinin Bank gənc istedadların inkişafını dəstəkləyərək 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə Bakıda keçirilmiş 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) dünya finalının tərəfdaşı kimi çıxış etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








