İsmayıllıda sənaye üsulu ilə əkilən kartofda yüksək məhsuldarlıq qeydə alınıb
İsmayıllı rayonunda kartof yığımı başa çatıb və sahələrdən 10 min 343 ton məhsul götürülüb.
Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, cari mövsümdə bölgədə 917 hektar sahədə kartof yetişdirilib. İstehsal olunan məhsul ötən ildəkindən 673 ton çox olub. Hər hektardan orta məhsuldarlıq 4,6 sentner artaraq, 112,8 sentnerə çatıb.
Qeyd edək ki, bu il sənaye üsulu ilə “İsmayıllı tərəvəzçiləri” MMC rayonun Kürdmaşı kəndi ərazisində 100 hektarda, “Aqro master” MMC isə Talıstan ərazisində 95 hektarda kartof yetişdirib. Hər iki təsərrüfatda yüksək nəticə əldə edilib. Belə ki, Kürdmaşıda hər hektardan 300 sentner olmaqla 3000 ton, Talıstanda isə 350 sentner olmaqla 3325 ton kartof istehsal edilib.
Artıq regionda öz dadı və keyfiyyəti ilə seçilən İsmayıllı kartofu respublikamızın nəinki Bakı və Sumqayıt kimi iri şəhərlərinin, habelə ətraf rayonların bazarlarına da çıxarılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















