"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
"Son illərdə qızıl ehtiyatlarının artırılması qlobal miqyasda müşahidə olunan tendensiyadır. Bu yanaşma xüsusilə xarici şokların intensivləşməsi, maliyyə bazarlarında volatilliyin artması, geosiyasi risklər və valyuta bazarlarında qeyri-sabitliklə bağlıdır. Bu şəraitdə qızıl emitent asılılığı olmayan, faiz və tərəf-müqabili risklərindən nisbətən azad olan və maliyyə sistemində gərginliklər zamanı dəyərin qorunmasına imkan verən strateji aktiv kimi çıxış edir. Bu çərçivədə, 2025-ci ilin üçüncü rübünün sonuna qızıl aktivlərinin həcmi 185 ton olmaqla 23 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən etibarən Fond üçün 11 milyard ABŞ dolları məbləğində büdcədənkənar gəlir formalaşdırıb".
Bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun Fondun 2025-ci il üzrə fəaliyyəti ilə bağlı müsahibəsində bildirib.
İsrafil Məmmədo qeyd edib ki, qızılın bazar qiymətindəki dəyişikliklər Fondun ümumi aktivlərinin dəyərində əks olunsa da, bu dəyişikliklər investisiya portfelinin gəlirliliyinin hesablanmasında ayrıca aktiv sinfi üzrə gəlir kimi deyil, bir çox institusional investorların təcrübəsinə uyğun olaraq məzənnə dəyişkənliyindən yaranan fərq kimi ehtiyatların dəyərinin dəyişməsində nəzərə alınır.
Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru əlavə edib ki. qızılın qiyməti ilə bağlı gözləntilərə gəldikdə isə burada əsas təsiredici amillər real faiz dərəcələrinin dinamikası, ABŞ dollarının dəyəri, aparılan monetar siyasətlər, habelə hazırkı dövrdə qızıl qiymətinə ən güclü təsir göstərən amil kimi geosiyasi gərginliklərin gələcəkdə mümkün inkişaf istiqamətləri olacaqdır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















