“MJ Financial Services BOKT”ın səhmlərini 2 investor əldə etdi - KAPİTALI KƏSKİN ARTIR
24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin 4 milyon 800 min 160 manat səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
“MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam etmişdir.
Marja xəbər verir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilib. Səhmlərə 2 investor 2 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.
Hazırda "MJ Financial Services"in nizamnamə kapitalı 300 min 10 manatdır (hər biri 30 001 manat olmaqla, 10 ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir). Yerləşdirmə uğurla yekunlaşdığı üçün BOKT-ın nizamnamə kapitalı 5 milyon 100 min 170 manata yüksələcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “MJ Financial Services BOKT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001023162
Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 160 ədəd
İlkin ticarət qiyməti: 30,001 manat
Buraxılış həcmi: 4 800 160 manat
Hərrac qiyməti: 30 001 manat
Reallaşdırılmış həcm: 4 800 160 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 4 800 160 manat
İnvestor sayı: 2
Sifariş sayı: 2
Ticarətə buraxılma tarixi: 29.12.2025
Anderrayter: "Troni İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
-
6 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
8 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 27 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Ən çox oxunanlar
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























