Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Rusiya-Ukrayna sülh anlaşmasına dair optimizm və qlobal təklif artıqdan yaranan narahatlıqlar səbəbindən neftin qiymətləri azalıb. Brent neftin qiyməti may ayından bəri ilk dəfə olaraq 60 dollardan aşağı düşüb.Beynəlxalq bazarlarda Brent neftinin qiyməti may ayından bəri ilk dəfə 60 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 13:00-da Brent nefti 1,3% ucuzlaşma ilə 59,82 dollara ticarət olunub.
Marja xəbər verir ki. ABŞ xam neftinin fyuçers müqavilələri də barel başına 56,3 dollara enərək 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəsini gördü.
Neft qiymətlərinin düşməsinə Rusiya ilə Ukrayna arasında mümkün sülh anlaşmasına dair artan optimizm və davamlı təklif artıqdan yaranan narahatlıqlar təsir edib.
ABŞ rəhbərliyi dünən açıqlama verərək bildirib ki, Vaşinqton Kiyevə təhlükəsizlik zəmanətləri verməyi qəbul etməsi ilə Rusiya və Ukrayna arasında bir razılaşmanın heç vaxt olmadığı qədər yaxın ola biləcəyini qeyd edib. Açıqlamada torpaq məsələlərinin hələ həll olunmadığı da vurğulanıb. Mümkün bir razılaşmanın ABŞ-ın Rusiya nefinə tətbiq etdiyi sanksiyaların ləğv edilməsinin yolunu aça biləcəyi və bazara əlavə təklif yarada biləcəyi gözlənilir.
Bazarlar qeyd edir ki, OPEC+ istehsalçılarının əvvəllər məhdudlaşdırdıqları istehsalı yenidən işə salmaları və OPEC-dən kənar ölkələrin, xüsusilə Amerika qitəsindəki istehsalçıların istehsalı artırmaları səbəbindən bu il və gələn il qlobal neft bazarında təklif artıqı yaranacağı gözlənilir.
Buna əlavə olaraq, bazar günü açıqlanan zəif Çin iqtisadi göstəriciləri, dünyanın ən böyük xam neft idxalçısında enerji tələbinin yavaşlaya biləcəyi narahatlığını artıraraq qiymətlər üzərində təzyiq yaradıb. Bu hadisələr, ABŞ ilə Venesuela arasında artan gərginliyin yarada biləcəyi mümkün təklif kəsilmələri ilə bağlı narahatlıqları kölgədə qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur





















.webp)






