Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
2025-ci ilin 9 ayında Azərbaycanın tədiyyə balansında 1 milyard 125,4 milyon dollar kəsir olub. 2024-cü ilin 9 ayı üzrə tədiyə balansında 181,6 milyon dollar profisit olmuşdu.2025-ci ilin 9 ayında tədiyə balansı1 qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 3.0 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 4.5 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.4 mlrd.$ artmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycanın 2025-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildrilir.
Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 5.4% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1.1 mlrd.$ azalmışdır.
(Ehtiyat aktivlər - Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. )
Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 10.5 mlrd.$ artaraq 81.5 mlrd.$-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 70.1 $/barel olmuşdur.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2025-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3.0 mlrd.$ və ya ÜDM-in 5.4%- ni təşkil etmişdir (2024-cü ilin 9 ayı üzrə 4.0 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 3.7% daralaraq 10.7 mlrd.$, qeyrineft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 7.5% artaraq 7.7 mlrd.$ məbləğində olmuşdur.
Xarici ticarət balansı 2025-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 30.8 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 14.0 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 8.4 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 5.6 mlrd.$ həcmində profisit yaranmışdır. 2025-ci ilin 9 ayında Azərbaycanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.1%-i MDB üzvü olan ölkələrin, 87.9%-i isə digər xarici ölkələrin payına düşüb.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 5.6% azalaraq 18.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 15.7 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (15.7 mlrd.$) 9.6 mlrd.$-ı xam neftin, 5.6 mlrd.$-ı təbii qazın, 0.5 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyllər müşahidə olunmuşdur. Nəticədə müvafiq dövr üzrə qeyri-neft-qaz ixracı 6.1% artaraq 2.5 mlrd.$ təşkil etmişdir.
Əmtəə idxalı
2025-ci ilin 9 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 2.7% artaraq 12.6 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 5.1 mlrd.$ olmuş, bunun da 1.8 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.9% artaraq 10.9 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda: uçuş aparatlarının (8.6 dəfə); tərəvəz məhsullarının (46.3%); minik avtomobillərinin (29.5%); alkoqollu və alkoqolsuz içkilərin (21.9%); ətir və kosmetik vasitələrin (12.9%); elektrik maşınlar və aparaturanın (7.3%); tütün və tütün məhsullarının (7.2%); bitki yağlarının (6.8%); qazanlar, avadanlıq, mexaniki qurğuların (6.2%); traktorların (4.2%); şəkərin (3.1%); kağız məmulatlarının (2.2%) və dənli bitkilərin (1.6%) idxalı artmışdır. Bu dövrdə qeyri-neft-qaz idxalının strukturunda: turboreaktiv mühərriklərin (96.4%); gəmilər, qayıqlar və üzən konstruksiyaların (47.4%); mexaniki kürək və ekskavatorların (47.3%); kommutasiya qurğularının (39.5%); dəmiryol nəqliyyat vasitələrinin (39.1%); yük avtomobillərinin (30.9%); daxiliyanma mühərriklərinin (23.5%); hesablama maşınlarının (23.2%); daş və şüşə məmulatlarının (6.9%); mebel mallarının (6.7%); ağac məmulatlarının (6.5%); metalların (5.3%); sabun və yuyucu vasitələrin (3.8%); kran, klapan, boru kəməri armaturlarının (3.4%) və əczaçılıq məhsullarının (1.0%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.7% təşkil edərək 0.5 mlrd.$ olmuşdur.
Xidmətlər balansı
2025-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14.0 mlrd.$-ı təşkil etmişdir. Bunun 7.7 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6.3 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 12.8% azalaraq 1.4 mlrd.$ olmuşdur. Bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.1 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 280.7 mln.$ olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.0 mlrd.$ olan nəqliyyat xidmətlərinin 66.3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.6 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 mlrd.$ təşkil etmişdir.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 22.9% artmış, idxalı isə 7.4% azalmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 50.2% artaraq 1.3 mlrd.$ olmuşdur. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9 ayında 0.9 mlrd.$-ı təşkil etmişdir.
2025-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi (0.5%) azalaraq 2.7 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.5 mlrd.$) idxalı (1.2 mlrd.$) üstələməsi nəticəsində 0.3 mlrd.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.6%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.8% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.2 mlrd.$ olmuşdur. Bunun 75.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2.4 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 12.1% artaraq 1.6 mlrd.$ olmuşdur.
İlkin gəlirlər balansı
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.2 mlrd.$ kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.5 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 13.9% azalaraq 1.7 mlrd.$ təşkil etmişdir.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6.0 mlrd.$ olmuşdur. Bunun 64.2%-ini 3.9 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (2.7 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.4 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (239.4 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (346.6 mln.$) və digər ödənişlər ( 580.3 mln.$) təşkil etmişdir. Məlumat üçün qeyd edək ki, digər ödənişlərin böyük hissəsi (383.3 mln.$) ölkə iqtisadiyyatına yenidən investisiya (Azərbaycanda qazanılan gəlirlərin ölkəyə təkrar investisiyası) formasında daxil olduğu üçün birbaşa xarici investisiyalar maddəsində nəzərə alınmışdır.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 947.1 mln.$, ödənişlər isə 478.8 mln.$ təşkil etmişdir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.0%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 6.3%-ni isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 0.2% artaraq 849.9 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 11.5% azalaraq 361.4 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 488.5 mln.$ (11.0% artım) müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 468.3 mln.$ (4.6% azalma) təşkil etmişdir.
KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI
2025-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4.5 mlrd.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1.0 mlrd.$), portfel investisiyaları (1.3 mlrd.$) və digər investisiyalar (2.2 mlrd.$) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-305.2 mln.$), neft bonusu (450.2 mln.$), portfel investisiyaları (-33.7 mln.$) və digər investisiyalar (304.6 mln.$) hesabına formalaşmışdır.
Birbaşa investisiyalar
Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 922.7 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 305.2 mln.$ azalmışdır.
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.7 mlrd.$, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2.0 mlrd.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 1.2 mlrd.$ kəsir yaranmışdır.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.5% təşkil etmişdir. 2025-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 016.2 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (3 716.6 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (4 732.8 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 9.0% artaraq 1 019.4 mln.$ olmuşdur ki, bunun da bir hissəsi (304.9 mln.$) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olmuşdur.
Portfel investisiyaları Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.3 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 33.7 mln.$ azalmışdır.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər bankların (500.4 mln.$), dövlət (34.1 mln.$) sektorunun və digər (817.3 mln.$) sektorların hesabına artmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (17.4 mln.$) hesabına azalmışdır. Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.2 mln.$) və digər (5.8 mln.$) sektorların hesabına artmış, dövlət (39.7 mln.$) sektorunun hesabına isə azalmışdır.
Neft bonusu
2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2025-ci ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.
Digər investisiyalar
Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 2.2 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.3 mlrd.$ artmışdır.
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 15.1 mln.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 560.0 mln.$ artmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (354.2 mln.$) sektorunun, neft-qaz sektorunun kreditləri (660.8 mln.$) və müəssisələrin kreditləri (61.8 mln.$) hesabına artmış, dövlət kreditləri (328.7 mln.$) və dövlət zəmanətli kreditlər (188.1 mln.$) hesabına isə azalmışdır.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2.5 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 271.7 mln.$ azalmışdır.
EHTİYAT AKTİVLƏRİ
2025-ci ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 1.1 mlrd.$2 azalmışdır. Bütövlükdə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 10.5 mlrd.$ artaraq 81.5 mlrd.$-a çatmışdır.
XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR
Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 56.6 mln.$ həcmində olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
19 d. əvvəl
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
-
22 d. əvvəl
11 ayda dövlət büdcəsinin gəlirləri proqnozu 324,6 milyon manat üstələyib
-
-
25 d. əvvəl
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
1 saat əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
1 saat əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
2 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
2 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahil Babayev iclas keçirdi
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Ən çox oxunanlar
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət “Bir pəncərə”dən idarə oluncaq - FƏRMAN























.jpg)




.jpg)



