Samsung-dan ilk daha çox qatlana bilən telefon: Qiyməti bəlli oldu
Samsung şirkəti, Galaxy Z TriFold modeli ilə ilk daha çoxqatlanabilənağıllı telefonunu təqdim edib. Üç paneldən ibarət olan 10 düymlük ekranı ilə diqqət çəkən cihaz, mövcud Galaxy Z Fold 7 modelindən təxminən 25% daha böyükdür və 2 440 dollar qiymətə satışa çıxarılacaq.Cənubi Koreya şirkəti Samsung, qatlana bilən telefon bazarında rəqabətin artacağı gözləntiləri fonunda ilk çoxqatlanabilən smartfonunu təqdim etməklə, çinli rəqiblərin yüksəliş göstərdiyi seqmentdə mövqeyini gücləndirməyi hədəfləyir.
Marja xəbər verir ki, yeni model üç paneldən ibarət 10 düymlük (253,1 mm) ekrana malikdir və Galaxy Z Fold 7 ilə müqayisədə əhəmiyyətli dərəcədə böyükdür. Cihazın qiyməti təxminən 3,59 milyon von (2440 dollar) olaraq müəyyən edilib.
Satışa nə zaman çıxacaq?
Samsung cihazı ilk olaraq 12 dekabrda ölkə daxilində satışa çıxaracaq, daha sonra isə Çin, Sinqapur, Tayvan və Birləşmiş Ərəb Əmirlikləri bazarlarına təqdim edəcək.
ABŞ-da təqdimatının gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir.
Telefon Samsung-un flaqman modelləri arasında ən böyük batareyaya sahibdir və 30 dəqiqədə 50% şarj ola bilən super sürətli şarj dəstəyi təklif edir.
Analitiklər bildirirlər ki, daha çox qatlanan telefon hələlik kütləvi satışa hesablanmış məhsuldan çox, texnologiyanın nümayişi üçün hazırlanmış bir model təsiri bağışlayır. "NH Investment & Securities"in aparıcı analitiki Ryu Young-ho deyib:
“TriFold birinci nəsil məhsuldur və kommersiya məqsədilə ilk dəfə təqdim olunur. Buna görə böyük həcmdə satış gözləmək çətindir.”
Qatlana bilən telefonlarda rəqabət qızışacaq
Qatlana bilən telefon bazarında rəqabətin artacağı proqnozlaşdırılır. Huawei ötən ilin sentyabrında üç istiqamətli qatlana bilən telefonunu bazara çıxarmışdır. Apple-ın isə gələn il ilk qatlana bilən modelini təqdim edəcəyi gözlənilir. Lakin yüksək qiymət və istehsal məhdudiyyətləri bu seqmentin genişlənməsinə hələlik mane olur.
"Counterpoint Research"in məlumatına görə, qatlana bilən telefonlar bu il ümumi bazarın 2%-dən azını təşkil edəcək və 2027-ci ildə belə bu göstəricinin 3%-dən aşağı qalacağı ehtimal olunur.
"Counterpoint" həmçinin proqnozlaşdırır ki, qatlana bilən telefon bazarı bu il 14% artacaq, 2026 və 2027-ci illərdə isə Apple-ın bazara daxil olması ilə illik artım 30% civarında olacaq.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Ən çox oxunanlar
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır























