Kart sahibləri üçün "Lounge Key" xidməti
Bank VTB (Azərbaycan) Visa Platinum kart sahibi olan müştərilərinə "Lounge Key" xidmətini təqdim edir.
Xidmət, bankın Visa Platinum kartını təqdim etməklə hava limanlarındakı yüksək komfortlu zallardan istifadə etmək imkanı verir. Əvvəllər isə bu xidmətdən istifadə üçün illik ödənişi olan əlavə kart sifariş vermək tələb olunurdu.
Lounge Key proqramı dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud olan 850 sayda lounge-zallardan istifadə imkanı verən xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.
Lounge Key xidmətindən istifadə etmək üçün VTB (Azərbaycan)-ın Visa Platinum premium kartlarının sahiblərinə banka gəlmək tələb olunmur. Bunun üçün dəyəri 27 dollar təşkil edən xidmət haqqını hava limanında platinum kartdan ödəmək kifayətdir. Kart sahibi həmçinin dəyərini ödəməklə Lounge Key zonasına öz qonağını da dəvət edə bilər. Dəvət olunacaq qonaqların sayı hər bir Lounge Key zalının şərtlərindən asılıdır. İki yaşadək uşaqlar üçün zaldan istifadə pulsuzdur.
Xidmət haqqında əlavə məlumat üçün müştərilər bankın 986 (Azercell istifadəçiləri üçün – 012 986) nömrəli Çağrı Mərkəzinə müraciət edə bilər.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
21 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
22 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 44 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















