Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 8635 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3794-ü torpaq sahəsi, 3271-i fərdi yaşayış və bağ evi, 1188-i mənzil, 181-i qeyri-yaşayış sahəsi,171-i qeyri-yaşayış binası, 30-u əmlak kompleksidir.
Cari ilin 10 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,9 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.
Naxçıvanda Əmlak Məsələləri Dövlət Xidmətinə elektron müraciətlərin sayı artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvanda xidmətlərin daha rahat, şəffaf və operativ göstərilməsi məqsədilə elektron platformaların genişləndirilməsi üzərində işini davam etdirir.
2025-ci ilin yanvar-oktyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 6164 elektron müraciət daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.
Naxçıvanda 58 hərrac keçirilib
Bu ilin yanvar–oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 58 hərrac təşkil olunub.
Hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.
Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 15 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan 2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı 2 hərrac keçirilib.
Naxçıvanda 84 dövlət əmlakı özəlləşdirilib
2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 84 dövlət əmlakı özəlləşdirilib.
Dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,2 milyon manat vəsait daxil olub. Bu məbləğin 898 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə yönəldilib.
Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 195 çıxarış verilib.
Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb
2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakların icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan dövrdə 222 yeni icarə müqaviləsi bağlanıb, 159 müqavilənin müddəti uzadılıb.
Cari ilin 10 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 274 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 297 min manat olmaqla, ümumilikdə 571 min manat vəsait ödənilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə icarəyə verilmiş dövlət əmlakları üzrə daxilolmalarda 70 faiz artım deməkdir.
Naxçıvanda 859 daşınmaz əmlak obyektinə ünvan verilib
2025-ci ilin yanvar–oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6235 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Bunlardan 2240-ı əmlaka dair texniki pasport, 3995-i isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.
Hesabat dövründə əlavə olaraq, 624 torpaq sahəsi, 124 fərdi yaşayış evi, 72 mənzil, 22 qeyri-yaşayış binası, 15 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 859 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 d. əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
7 d. əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 38 d. əvvəl
- 44 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
-
1 saat əvvəl
İlk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard qlobal sazişə imza atır.
-
1 saat əvvəl
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
-
1 saat əvvəl
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
Ən çox oxunanlar
Mövzu: AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb














.jpg)







