970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 10 aylıq Ümumi Daxili Məhsul istehsalı 100 milyard manatı aşıb

Azərbaycan iqtisadiyyatı 1,3% artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 10 aylıq Ümumi Daxili Məhsul istehsalı 100 milyard manatı aşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 106 milyard 435,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. (Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu)

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdır.

ÜDM istehsalının 34,0 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 10 min 392,6 manata bərabər olmuşdur.

İş elanları AzVak.az-da

ÜDM 2025 Ümumi Daxili Məhsul iqtisadi artım 1.3 faiz artım 106.4 milyard manat ÜDM yanvar-oktyabr statistikası neft-qaz sektoru azalma qeyri-neft sektoru artım 3.1 faiz artım qeyri-neft sənaye sektoru payı ticarət sektoru nəqliyyat və anbar təsərrüfatı kənd təsərrüfatı tikinti sektoru informasiya və rabitə ictimai iaşə xalis vergilər adambaşına ÜDM 10 392 manat ÜDM Azərbaycan iqtisadiyyatı 2025
14.11.2025 12:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18