Qlobal bazarlarda son vəziyyət
ABŞ Konqresində Demokratların və Respublikaçıların müvəqqəti maliyyələşdirmə tədbiri barədə razılığa gələ bilməməsi ilə bağlı Federal hökumət çərşənbə günündən etibarən qismən fəaliyyətini dayandırıb (shutdown). Bu hal hazırda Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisi də daxil olmaqla kritik iqtisadi məlumatların dərc olunmasının dayandırılmasına səbəb olub.
“Şatdaun” Federal Ehtiyatlar Sisteminin iqtisadi şəraiti qiymətləndirmək qabiliyyəti ilə bağlı narahatlıqlara yol açıb ki, bu da, onun pul-kredit siyasəti üzrə qərarlarına təsir göstərə bilər. Nəticədə dollar zəifləyib, qızıl kimi “güvənli liman” maliyyə aktivlərinə isə tələb artıb.
EUR/USD valyuta cütlüyü ötən gün ərzində ilk öncə 1.17690 səviyyəsinə qədər yüksəlib, sonra isə 1.17160 səviyyəsinə kimi enib. Hazırda məzənnə bir qədər bahalaşaraq 1.17450 səviyyəslərində ticarət olunur. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.35260 həddinə kimi artım sərgiləyib.
Qızıl artım tendensiyasını davam etdirib. Sarı metal 3895$-a qədər yüksələrək tarixi maksimum səviyyəsini yeniləyib. Hazırda dəyərli metal 3870$-a ticarət olunur. “Brent” markalı neftin bir barel üçün qiyməti isə dünən 65.50$-a qədər zəifləyib.
ABŞ hökumətinin ən azı üç gün bağlı qalacağı gözlənilir ki, bu da ölkə üzrə bir sıra federal xidmətlərin fəaliyyətini pozacaq. Senat qanunvericiləri də xərclər haqqında qanun layihəsi üzrə konsensus əldə etməkdə az irəliləyiş göstəriblər.
Uzunmüddətli dayandırma əsas xidmətlərin fəaliyyətindəki pozuntular səbəbilə ABŞ iqtisadiyyatına zərər vura bilər. Prezident Donald Trampın daha çox federal işçiləri işdən çıxarmaqla bağlı təhdidləri də əmək bazarına əlavə zərər vura bilər.
Ötən gün Automatic Data Processing (ADP) şirkətinin dərc etdiyi hesabata əsasən, ABŞ-ın Özəl Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı sentyabr ayında 32 min azalıb. Analitiklər göstəricinin 52 min artacağını proqnozlaşdırmışdılar. Avqust ayı üzrə olan göstərici isə yenilənib. İş yerlərinin sayı 3 min azalıb (əvvəlki göstərici +54 min idi).
Həmçinin, ABŞ-ın Təchizatların İdarə Edilməsi İnstitutunun (ISM) məlumatına görə ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) sentyabr ayında 48.7 bənddən 49.1 bəndədək yüksəlib. “S&P Global” tərəfindən açıqlanan sənaye sektorunda PMI 53 bənddən 52 bəndədək geriləyib.
Əlavə olaraq, Avrozonada İstehlak Qiymətləri İndeksi sentyabr ayında illik ifadədə 2%-dən 2.2%-ə qədər artıb. Aylıq ifadədə inflyasiya 0.1% səviyyəsində qalıb. Almaniyanın və Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri müvafiq olaraq 49.8 bənddən 49.5 bəndədək və 50.7 bənddən 49.8 bəndədək geriləyiblər.
Bu gün investorların diqqət mərkəzində Avrozonada dərc olunacaq İşsizlik Səviyyəsi və ABŞ-da açıqlanacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi göstəriciləri olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
13 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
13 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)





.jpg)







